Xalqdan oğurladıqlarınızı xalqa qaytarın!

Bildiyimiz kimi, bu gün bütün dünyaya yayılmış Covid-19 virusu ölkəmizdən də yan keçməmişdir. Ölkəmiz də korona ilə mübarizə aparır, lakin, koronanın və hökumətin vurduğu zərər xalqı aclıq və səfalət halına gətirib çıxarmışdır. Koronavirusun qarşısını almaq məqsədi ilə hökumət karantin rejiminə keçmişdir. Görünüş etibarilə bu addım təqdirəlayiq olsa da, xalq bundan əziyyət çəkməkdədir. Səbəb isə xalqını evində saxlayan hökumətin ona sahib çıxmamasıdır. Pandemiya zamanında Azərbaycan xalqının sosial-iqtisadi vəziyyəti getdikcə ağırlaşmaqdadır. Ölkə getdikcə tənəzzülə uğrayır və bu durum getdikcə daha geniş vüsət almağa başlamışdır. Dərin iqtisadi böhran vəziyyəti yaşayan xalqa, hökumət maddi və mənəvi dəstək vermir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın hakimiyyət orqanlarının pandemiyanın fəsadlarının aradan qaldırıl­ması üçün dövlət planının  olmaması, effekt verməyən mübarizə, keyfiyyətsiz səhiyyə sayəsində ölkədə sosial uçurum daha da güclənmişdir.
Xalqın böyük əksəriyyəti səfalət içində yaşayır, banka borcludur və iş yerlərini itirmişdir. Belə bir acınacaqlı durumda İlham Əliyevin başçılıq etdiyi hökumət təcili surətdə xalqa yardım etməli, xalqdan oğurladığı milyardları geri – xalqa xərcləməlidir. Təcili olaraq hakimiyyət xalqa dəstəyini verməlidir. Əks halda acınacaqlı durum, hökumət-xalq qarşıdurmasını, kütləvi etirazları qaçılmaz edir!

Əziz Əzizli.

 

Bunu paylaş: