Xalqa qarşı “Covid-19” oyunu hazırlanır

Hörmətli oxucular, koronavirus dünyada hegemonluğunu davam etdirdiyi zamanda və soyuq havalara doğru bu virusun güclənməsi səbəbi ilə bütün dünya ölkələrində karantini sərtləşdirməyə başladığı halda niyə Azərbaycan karantini yumuşaltmağa başlayır?
Bunu xalqın tələbi əsasında nəzərə alındığı şübhəli olardı. Bu, xalqa qarşı yeni bir siyasi oyunun başlanğıcı da ola bilər. Belə hesab etmək olar ki, bu yumşalma nəticəsində müəyyən vaxtdan sonra COVİD-19 – un sürətli yayılması bəhanəsi ilə tam mart ayına kimi daha da sərt karantin zamanını yaşayaq. Bu da narazı xalqı daha da asan yolla nəzarətdə saxlamaq deməkdir. Sonuncu fikir isə bundan ibarətdir ki, artıq dünya dövlətlərinin bəziləri COVİD-19 -a qarşı çip taxılmasına başlayıb, başqa ölkələr də bunu etmək istəyir. Artıq 10 aya yaxındır dünyanı cənginə alan virusun nə peyvəndi, nə də ki, dərmanı hazırlanmışdır. Lakin bəzi ölkələr artıq virusa qarşı dərmanların hazır olduğunu desələr də, hələki tam bir nəticə əldə edilməmişdir.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: