Xalqa niyə normal maaş, təqaüd verilmir?

 

Azərbaycan hakimiyyəti nə olur olsun, xalqa pul vermək istəmir. Çünki xalqa normal maaş, təqaüd, sosial müavinət verəndə o pulları yemək olmur. Amma pullar tikintiyə, nəsə layihələrə ayrılanda basıb yemək olur. Hər hansı böyük layihələr, tikintilər üçün büdcədən ayrılan pulları öz qurduqları “ailə şirkətləri”-nə verirlər. Hökumət qadınların təqaüd yaşını 65-ə qaldırıb. Bir müddət sonra 70-ə də qaldırarlar. Zatən indi xalqa verdikləri təqaüd qəpik-quruş dilənçi payıdır. Hökumətdə təmsil olunan ən xırda məmurun aylıq ailəsinə və özünə xərclədiyi pul 5-10 mindir. Hamısı son model avtomobillər sürürlər, ən yaxşı bahalı evlərdə yaşayırlar, amma xalqa 250 azn (120 avro) təqaüd verirlər. Avropada insanlar ömür boyu işləyib, təqaüdə çıxanda dünyanı gəzirlər, istirahət üçün başqa ölkələrə gedirlər. Çünki aldıqları təqaüd onların hər ay səyahət etməsinə artıqlaması ilə çatır.

Bəs Azərbaycanda necə?                          Misal üçün, insanların 1 aylıq təqaüdünə Bakı-İstanbul bileti almaq olmur. Amma məmurların balaları Bakı-London təyyarəsini taksi kimi istifadə edirlər. Belə bir anormal, ədalətsiz idarəçilik olan ölkədə əlbəttə heç bir inkişafdan, heç bir dəyərdən, heç bir vətən, dövlət sevgisindən söhbət gedə bilməz.

Ülvi Novruzov.

Bunu paylaş:

Bir cavab yazın