Xalq yazıçısı”nın təzadlı çıxışı

 

1992-1994-cü illərdə Sover İttifaqı var idi?
Mən bir tarixçi, tarixi vərəqləyən şəxs kimi deyirəm: SSRİ rəsmən 1991-ci ildə süquta uğrayıb və bu tarixdə onun mövcudluğuna son qoyulub.
“Xalq yazıçısı” Çingiz Abdullayev ötən gün Sumqayıt şəhərində keçirilən görüş zamanı cəfəngiyyat və təzadlı çıxışı ilə onsuz da əsəbləri tarıma çəkilmiş binəva milləti bir daha mənəvi-psixoloji mərhumiyyətlərə məruz qalmağa məcbur etdi. Onun çıxışının təfərrüatlarına varmaq istəmirəm. Çünki hələ bir gün tamam olmayıb, artıq çeşidli yazılar, haqlı tənələr, təbii olaraq qeyzlənmiş kəsimin aqressiv münasibəti gündəmdə bomba effekti yaratmaqdadır. Onun çıxışında bir-birini təkzib edən və xalq yazıçısının ranqına uyğun gəlməyən başqa məqamlar məsələyə fərqli rakursdan yanaşmağıma səbəb oldu.
Adam deyir ki, ermənilər sovet qoşunlarına pul verərək bizim torpaqları ələ keçirirdilər. Əvvəla onu deyim ki, “sovet qoşunu” anlayışı 15 respublikanın hərbi mükəlləfiyyətlilərindən ibarət bir ordu birləşməsini özündə ehtiva edir. Bu ordunun tərkibində azərbaycanlılar da təmsil olunub. “Xalq yazıçısı” nın məntiqinə görə “sovet qoşunları azərbaycan torpaqlarını işğal edib ermənilərə verəndə” bu qoşunların tərkibində azərbaycanlılar da olub?!! Bu ki, absurddur!!! Digər tərəfdən, o deyir ki, həmin dövrdə ordumuz yox idi. Demək yenə məntiqlə belə başa düşülməlidir ki, ittifaq dağıldığından sovet ordusu da dağılmış və onun bazası əsasında rus ordusu yaranmışdır. Bu alaçiy fikri ilə adam dediklərini özü də bilmədən(çünki hər kəlməsində diqqətini yalnız məddahlıq etməyə yönəldən adam düşünərək danışmaq imkanlarından məhrum olur) inkar edir. Bu zaman “sovet qoşunu” ifadəsi haradan qaynaqlanır?. Əlbəttə ki, “yazıçının” müthiliyindən, lakeyliyindən, ona əziz və müqəddəs gələn “rus” kəlməsini dilinə gətirmək istəməməsindən. “Kim hansı dildə təhsil alıbsa o millətin də övladıdır”. İsbatsız deyimdir. Tarixə qərəzli baxanlara tarix də qərəzli baxır.

P.S. “Yazıçının” danışığından qocaldığı və yaddaşının korşaldığı açıq hiss olunur. Deyəsən o unudub ki, 1-ci Qarabağ müharibəsinin bir hissəsi, xüsusilə də “Bişkek protokolu” ilə sona çatan hissəsi Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev isə deyirdi: “mənfurlar məni ləkələməklə Azərbaycan tarixinin böyük bir hissəsini ləkələyirlər”.

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın