Xalq tərəfindən seçilməyən, xalqının Tərtər dərdini anlaya bilməz!

 

İyun ayının 16 – da Hərbi Prokurorluq qarşısında keçirilən etiraz aksiyası ölkədə böyük rezonans yaratmaqdadır. Söhbət 2017-ci ildə baş vermiş “Tərtər-1767” qətliamından gedir. Etiraz aksiyasının səbəbi hələ də zərərçəkmişləri işgəncə ilə öldürənlərin və günahsız yerə şərlənərək həbs edənlərin İlham Əliyev hakimiyyəti tərəfindən hüquqlarının qorunmasıdır. Hərbçilərimizə qarşı xain, məkrli plandan 5 ildən çox vaxt keçsə də, İlham Əliyev ölkə prezidenti olaraq hələ də susur. Təəssüflər olsun ki, həmin qətliyamı törədənlər bu günə kimi öz işlərində çalışır və yaxud İlham Əliyevin göstərişi ilə yüksək vəzifələrə göndərilmişdir.

Bu gün xalqı düşündürən məsələ isə, hələ də İlham Əliyev tərəfindən “Tərtər – 1767” cinayətinə bir reaksiyanın olmamasıdır.
Bir neçə ay bundan əvvəl hörmətli Məmmədov Qurban Cəlal oğlu, Ərəstun Oruclu, İlham Aslanoğlu, “Azerfreedom ailəsi” üzvlərinin səyləri nəticəsində, bu cinayəti ört-basdır etmək istəyən cinayətkar çətə ifşa olundu. Günahsız yerə işgəncə görənlər, öldürülənlərin, həbs edilənlərin yaxınları bu barədə Baş Prokurora sübutlar təqdim etsələr də, hələlik bir cavab almamışlar.

Sadəcə, Baş Prokurorluq bir neçə nəfəri həbs edərək aranı sakitləşdirməyə çalışmışdır. İstintaqın hələlik bir nəticə verməməsi onu göstərir ki, çətənin qolları daha da yuxarılara gedib çıxmasın.

Elə bu gün xalqın bu ədalətinə səs vermək istəməyən ölkə başçısı İlham Əliyevin də susqunluğu bundan ibarət ola bilər.

İlham Əliyev niyə susur?
Bu barədə sizinlə yeni araşdırma aparmaq istərdim.
Bir tərəfdən yuxarıda sadalananlar buna bir sübutdur.
Digər tərəfdən İlham Əliyevin xalqa inamı yoxdur, o, xalqdan çox yanında olan quldur cinayətkarlara inanmaqdadır. O, çox gözəl anlayır ki, bu gün onu hakimiyyətdə xalq yox, digər ölkələrin xüsusi xidmət orqanları saxlamaqdadır. Bu səbəbdən o, çox gözəl bilir ki, onu xalq seçməyib. Sadəcə, vətəndaşları təzyiq altında saxlamaqla hakimiyyətdə qalmaqdadır. Bəli, elə bu gün “Tərtər 1767” cinayətini törədən cinayətkar çətə üzvləri onu dəstəkləməkdədirlər.

Bu səbəbdən ökdədə bu gün hər kəsdə : “İlham Əliyev niyə Tərtər cinayətinə bir reaksiya vermir”,-deyəndə elə bu fikirlər insanın ağlına gəlir.
Bir sözlə, xalq tərəfindən seçilən lider, xalqın hər dərdinə sahib çıxmalıdır. Çox təəssüf ki, Azərbaycanda Əbülfəz Elçibəydən sonra və əvvəl hələ ki, belə bir lider ölkəmizə gəlməmişdir. Bu gün də İlham Əliyevin bu mövqedə qalması buna bir sübutdur!

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın