Xalq məcburi olmayan vaksini, məcburi şəkildə vurdurmalı olacaq…

 

Büdcəni talamağın üsulu tapılıb; Bu səfər bu icranıTəbib və ondan yixarıda oturan “qurd”lar səmərəli yerinə yetirəcək. Əlbəttə, vaksin hazırlığına yox, bu işdə əməyi keçəcək olan hər kəs,öz payını artıqlaması ilə oğurlayıb. Kağız üzərində :”Heç bir vaksin Pandemiyaya qalib gələ bilmir”,- adı altında milyonlara əl qoyacaqlar.Bu da olacaq müasir oğurluq.

Artıq ÜST, ərsəyə gəlmiş vaksinlərin Covid 19 pandemiyasının qarşısında aciz qaldığını açıq şəkildə bildirib.Bir sıra Avropa ölkələri, pandemiya dövründə ölkə daxilində qoyduqları qadağaları tamamilə aradan qaldırmağa çalışır.

Görünür, Azərbaycan hakimiyyəti əllərinə düşmüş fürsəti qaçırmaq istəmir.Pandemiya adı altında insanları vaksinasiya olmağa məcburi təşviq etmək və yeni sərt qadağaları qüvvəyə mindirmək istəyir.Xalqın güzəranı onların maraq dairələrinə uyğun deyil.Kasıb məcburi olmayan vaksini, məcburi şəkildə vurdurmalı olacaq.Maskalardan istiadəyə görə cərimələnmələr isə oğurluğun ən bariz nümunələrindəndir.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın