Xalq indiki vaxtda nə etməlidir

 

Müharibə hələ bitməyib və sabah nələr olacağı məlum deyil ( politoloqların proqnozu da çox zaman özünü doğrultmur). Müzəffər ordumuz vuruşur, hər kəs öz işini görür. Belə çətin bir vaxtda biz bir xalq olaraq nələr etməliyik ki, bizi müzəffər və möhtəşəm edən birliyimiz pozulmasın, əksinə daha da artsın. Mən öz fikirlərimi burda qeyd edəcəm, maraqlananlar baxıb rəy bildirə bilər.

1) Birliyimizi və sabitliyi qorumaq şərtilə Qarabağa aid heç bir güzəştə getməməyi hakimiyyətdən tələb etmək.( Şəbəkələri izləyəndə məlum olur ki, əvvəla bizə aydın olmayan məqamlar var. Ermənilərin indiki vəziyyətlə razılaşmayıb, nə vaxtsa güc toplayıb yenidən müharibəyə başlamaq planlarının olması bu məsələnin birdəfəlik köklü surətdə həll olmasını tələb edir, əks halda eyni problem təkrarlanacaq).

2) Şəhid ailələrinə, yaralı əsgərlərimizə, qazilərimizə dövlət səviyyəsində qayğının artırılmasını tələb etmək. Onları cəmiyyətin ümidinə buraxıb ayrıseçkilik salınmasının qarşısını almaq.

3) Düşmənlərimizdə ruh düşgünlüyü yaradan, bizdə isə əksinə ruh yüksəkliyi yaradan informasiyanın təbliğ olunması( bunu da hər kəs öz payına düşəni, bacardığını etməlidir).

4)və nəhayət, məncə ictimai qınağı inkişaf etdirməliyik. Bu barədə daha sonra geniş şəkildə fikirlərimi bildirmək istərdim.

Yaqut Xəlilova

Bunu paylaş: