Xalq etiraz edir

 

Azərbaycan xalqı artıq hakimiyyətin uğursuz daxili siyasətindən təngə gəlib. Bakı daxil, bütün bölgələrdə xalq etirazlara başlayıb. Nə ölkə prezidenti, nə də təyin etdiyi məmurlar icraatların öhdəsindən gələ bilmirlər.Vəzifəyə təyin olunanlar, büdcəni talamaqla yanaşı, üzərinə düşən tapşırıqları yerinə yetirmirlər. Onların maraq dairəsi sadəcə, rüşvətdir.
Xalq olaraq birləşib haqqımızı tələb etməliyik bu harınlamışlardan. Məmurlar xalqın quludur. Vətəndaşların qayğısına qalmalı, məlum ehtiyaclarını aradan qaldırmaq üçün daim yardım etməlidirlər.

Son zamanlar Qazilərimizin şikayətinə ədalətli baxılmaması və biganəlik göstərilməsi nəticəsində, intihar sayları artır.Səbəb isə bəllidir — yalnız kasıb övladları müharibədə şücaət göstərdilər. Bir oliqarx və ya məmur balası müharibədə iştirak etmədi. Çünki onların maraq dairəsi torpaqlarımız deyildir. Bu səbəbdən müharibə zamanı öz övladlarını xarici ölkəyə istirahətə göndərmişdilər. Amma zərərçəkən kasıb balaları oldu.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş:

Bir cavab yazın