Xalqına qarşı qəddar, düşmənə qarşı humanist olan Azərbaycan prezidenti

Aldığımız məlumata görə Azərbaycan tərəfi daha 5 erməni hərbçisini Ermənistana təhvil vermişdir. Söhbət 10 noyabr bəyanatından sonra əsir düşən Ermənistan hərbçilərindən gedir.
Dövlət başçılarının son Brüssel görüşündən sonra, Azərbaycan tərəfi bu addımı atmaqla özünün sülhə hazır olduğunu göstərmək istəyir.

Azərbaycan mediası isə, bu addımı İlham Əliyevin hümanistliyi kimi qələmə verir. Bəli, artıq Azərbaycan prezidentinin göstərişi ilə, bu hadisələr bir neçə dəfə təkrar olunur. Bundan əvvəl də Azərbaycan bir neçə erməni hərbçisini İrəvana təhvil vermişdir.

Lakin əvvəlki fikirlərimizdə olduğu kimi, bu gün də təəssüflə qeyd edirik ki, niyə İlham Əliyev öz xalqına qarşı belə humanistlik etmir?
Düzdür, əgər tərəflər sülhə hazırlaşırsa, bu hadisələr baş verməlidir.
Lakin bizi maraqlandıran Azərbaycan hakimiyyətinin, başda İlham Əliyevin düşmənə qarşı olan sevgisidir.

Bilirik ki, “Tərtər 1767” hadisələri zamanı günahsız olaraq həbs edilənlərin sayı 31 nəfərdir. Tərtər terrorunun üstündən illərdir vaxt keçsə də, hələ də günahsız həbs edilənlərin səsini İlham Əliyev eşitmək istəmir. Onların isə, tək bir günah vardır: sərhəddə vətənimizi və xalqımızı qəhrəmancasına qorumuşlar.

Biz bu gün bir daha qeyd etmək istəyirik ki, 30 il torpağımızı işğalda saxlayan və əlləri xalqımızın qanına bulaşanlara İlham Əliyev humanistlik edə bilir, lakin onun hakimiyyətini canı bahasına qoruyan hərbçilərimizə isə ən qəddar mövqedən çıxış edir.

Artıq hər şey bəlli, hər şey göz qabağındadır. Kimin kim olduğunu da xalq çox gözəl görür. Görünür, hakimiyyətdə olan ermənilər, İrəvandakı qohumlarına çox köməkliklər edəcəklər. Həqiqətən, bu gün çox biabırçı vəziyyətin bir daha şahidi oluruq. İlham Əliyevin hümanistliyi, sən demə, yalnız ermənilər üçün imiş. Azərbaycan xalqına gələndə isə, qəddarlıq yada düşür. İnandırım sizləri ki, bir gün xalqımız İlham Əliyev və onun hakimiyyətindən bu haqsızlıqların cavabını soracaqdır. İnanın ki, bu günlər çox yaxındadır.

Burada söhbət yalnız hakimiyyətin “Tərtər” hadisələrinə qarşı olan qərəzli mövqeyindən getmir, demək olar ki, Azərbaycan xalqaı hər bir sahədə İlham Əliyev rejiminin onlara olan  qəddar münasibəti ilə qarşılaşmaqdadır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın