Xalqın tələbi nəzərə alınsaydı Elvin İsayev də azad olunardı

Tofiq Yaqublu bu gün azadlığa çıxdı- hamının gözü aydın olsun. Sosial şəbəkədə çoxları bunu xalqın qələbəsi kimi yazırlar. İllərdir hakimiyyətlə ,,müxalifət”in gedişlərini izləyən birisi kimi deyə bilərəm ki, BU ona görə baş verdi ki, rejimə belə lazım idi, onlar belə istəyirdi, yəni xalqın tələbi filan boş şeydir. Son günlər birdən- birə siyasətdə qətiyyən adı hallanmayan, saraya xidmət edən zeynəb, anar, çingiz kimilərinin də bu azadlıq tələbinə qoşulması heç də təsadüfi deyil əzizlərim. Mən bunların, necə deyərlər dabbaqda gönünə bələdəm, hər üzlərini görmüşük və 100% əminliklə deyə bilərəm ki, zeynəb, anar, çingiz kimilər üçün xalqın mənafeyi bunların şəxsi mənafeyindən qat-qat aşağıda dayanır. Bir şeyə təəssüflənirəm ki, Tofiq Yaqublu kimi vətənpərvər bir qazi necə çirkin oyunların iştirakçısına çevrildiyinin fərqində deyil. Diqqətli olun; yeni oyunlar başlayır, senarist və rejisor dəyişməz olaraq qalıb, iştirakçılar dəyişir.
Xalqın tələbi nəzərə alınsaydı Elvin İsayev də azad olunardı. Tofiq Yaqublu da, Elvin İsayev də azadlıq mücahididir amma ,,müxalifət” bunlar arasında ayrıseçkilik salır və hətta Elvinin tutulması üçün vasitəçilik edir, çünki Elvin, indi çoxlarının dilə gətirib söydülkəri cib müxalifətini ifşa edirdi. Bütün günü iqtidarı söyənlər, xalqı qınayanlar hardasız? Niyə ayrıseçkilik salırsız? Niyə ELVİN İSAYEVƏ azadlıq tələb etmirsiz? Bilirsiz ona nə işgəncələr verilir? Bu işgəncələrin bizə görə verildiyini bilirsizmi? Niyə susursuz? Ey XALQ, QƏHRƏMANINA SAHİB DUR, SAHİB DUR Kİ, SƏNİ DƏ ƏZMƏSİNLƏR!!!
Elvin bir ilə yaxındır türmədədir, bu gün onun məhkəməsi idi, amma naməlum səbəblərdən təxirə salındı.

İmza; Yaqut Xəlilova.

 

Bunu paylaş: