Xalqın pullarını oğurlayan məmurun oğluna yeni vəzifə verildi

İlham Əliyev və hakimiyyətinin ölkəni bərbad vəziyyətdə idarə etdiyinin daha bir sübutu ortaya çıxdı. Bu vəziyyətin yalnız Azərbaycanda baş verdiyinə heç kimdə şübhə yaranmasın. Hansı məmur xalqın pulunu oğurlayır, xalqi aldadır onların yaxınlarını hakimiyyət mükafatlandırır. Söhbət bir müddət əvvəl həbs edilən Ağstafa rayonunun İcra başçısı Nizaməddin Quliyevdən gedir. Baş prokuror Kamran Əliyevin qərarı əsasında həbsdə olan keçmiş İcra başçısı
Nizaməddin Quliyevin oğlu Ramal Quliyev Quba rayon prokurorunun köməkçisi təyin edilib. Ramal Quliyev bundan əvvəl isə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olmuşdur.

Atasının korrupsiya qalmaqalından sonra güya utanaraq öz ərizəsi ilə işdən azad olunmuşdur. Bu biabırçılıq hakimiyyətin təyin etdiyi yeni mükafatlandırmadır. Hansı məmur daha çox xalqdan pul oğurlayırsa, dərhal yaxınları mükafatlandırılır. Maraqlısı odur ki, bu ölkədə baş verənlərdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xəbəri yoxdur. Necə ki, bunu ölkə başçısı hər zaman etiraf edir.

Mikayıl Əsədov.

Bunu paylaş: