Xalqın problemləri, Milli Məclisdə gündəlik mövzu predmeti olmalıdır

 

Son vaxtlar öz əmək haqlarından gileylənən və xalqa verilən 190 manatı bəh – bəhlə deyən Milli Məclisin deputatlarından söhbət etmək istərdik. Sifarişlə sevilən və maaşları 5000-7000 manat arası olan deputatlarımız guya Qazilərimizi və şəhid ailələrini düşünürlər. İlham Əliyevin sifarişi ilə seçilən və verdikləri rüşvət sayəsində deputat olanlar yeni oyunla gündəmdə qalmaq istəyirlər. Deputat olduqları vaxtdan, yalnız “N” qədər pul qazanmağı düşünənlər niyə indi dilə gəliblər?

Təklif: Parlamentdə oturan “xalq tərəfindən seçilmiş” deputatların maaşı azaldılsın. Onlara verilən məvacibin yarı hissəsi dövlət büdcəsinə keçirilsin və ya veteran, şəhid, qazi ailələrinə ödənilsin. Ayrılan pullar aylıq müavinət deyil, kommunal xərclərə əlavə edilərək, sadaladığım ailələrin hesabına köçürülsün.
Səbəb müharibə veteranlarının aylıq kommunal xərclərinin 80 azn civarında olmasıdır. Bu məbləğin 130 azn-ə qədər artırılmasını təklif edən Milli Məclis üzvü, veteranlar tərəfindən alınan 80 azn-ni fəxrlə qəbul etdiklərini qeyd edib. Ölkədə nəqliyyat və kommunal sahədə xərclər artırıldığından, məsləhət görülür ki, veteranların da kommunal xərcləri artırılsın.

Bu da öz növbəsində neçə-neçə şəxsin ehtiyacının artırılmasına nail oluna bilər.
Hörmətli dostlar, son zamanlar MM üzvləri xüsusi tapşırıq alıb. Vətəndaşlarımızı siyasi və sosial problemlərdən uzaq tutmaq üçün “xalqın problemlərini” işıqlandırmırlar. Əslində isə, xalqın problemi MM-də gündəlik mövzu predmeti olmalıdır.Bu kimi vəziyyətdən istifadə edib, xalqın gözündə reytinsq, yüksəlmə kimi pafoslu çıxışlar etmək bizlərə lazım deyil…

Rəşad Şıxəliyev.

 

Bunu paylaş:

Bir cavab yazın