Xalqın gələcəyini məhv edirlər

 

Hörmətli oxucular, Azərbaycan hakimiyyəti xalqın gələcəyini məhv etməkdə davam edir. Söhbət Azərbaycan hakimiyyətinin xalqın adından aldığı pullardan gedir.
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüş keçirmişdir. Görüş zamanı nazir 2030-cu ilə kimi Azərbaycanda yeni inkişaf dövrünün başlandığını qeyd etmişdir. Bununla da Mikayıl Cabbarov birdirmək istəyir ki, daha 10 il ərzində Azərbaycan BVF – dan kreditlər almaq niyyətindədir.

Yalnız mart ayının göstəricisinə görə, Azərbaycan 80 milyona yaxın kredit alacaqdır. 70 milyondan yuxarı “Dünya Bank” -dan, 10 milyondan yuxarı isə “Avropa Yenidənqurma və İnkişaf Bankı”- ndan kredit alınacaqdır. Tək bu il Azərbaycan dünya banklarından 2.5 milyarda yaxın kredit götürmək fikrindədir. Bu, məsələnin başqa tərəfidir. Əsas məsələ isə Azərbaycan hakimiyyətinin xalqın adından milyardlarla borc yığmasdadır.

Bu qədər dəyərli sərvətlərə malik ölkənin vətəndaşları niyə bərbad vəziyyətdə yaşamalıdır ?
İlham Əliyev hakimiyyətinin xalqa qarşı yürütdüyü siyasət nəticəsində Azərbaycanın dövlət borcu 15 milyarddan yuxarıdır. Bu hakimiyyətin məqsədi Azərbaycan xalqını illərlə qul vəziyyətində saxlamaqdır. Bu səbəbdən xarici borclar gündən -günə artmaqdadır.

Mikayıl Əsədov.

Bunu paylaş: