Xalqın ” 2 milyard” manatı da belə mənimsənildi

 

 

Hörmətli oxucular, sizlərə Azərbaycanda “COVİD-19” ilə bağlı “Hesablama Palatası” – nın hesabatını təqdim etmək istərdik. Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun verdiyi açıqlamaya əsasən, pandemiya dövründə ölkəmizdə qurulan iqtisadi və maliyyə yardımına 2 milyard manata yaxın dövlət tərəfindən yardım olunmuşdur. Sədrin sözlərinə əsasən dövlət öz vətəndaşlarına etdiyi yardım əsasında insanların yaşayış tərzində inkişaf baş vermişdir. Onun sözlərinə görə, bu maliyyə hesabları şəffaf şəkildə icra olunub. Dövlətin xalqa etdiyi 2 milyard manatı sadəcə araşdırsaq görərik ki, bəzi qaranlıq məsələlər ortaya çıxır.

Ölkəmizdə pandemiyaya qarşı mübarizənin başlandığı vaxtdan, yalnız sahibkarlar və bir çox şirkətlərin dövlətə köçürdüyü pul vəsaitinin dəyəri 3.5 milyard manat təşkil etmişdir. Nəzərə alsaq ki, həmin puldan 5 dəfə olaraq 200 min insana 190 manat dəyərində dövlət tərəfindən yardım edilmişdir. Biz 5 dəfə yardım deməklə, bunu, sadəcə yüksək göstərici rəqəmlə hesablayırıq. Ortalama sahibkarlara da vur-tut 100 milyon manat pul ayrılmışdır. Ümumilikdə hesablayanda İlham Əliyevin siyasəti nəticəsində xalqımıza cəmi 300 milyon manat yardım edilmişdir. Vüqar Gülməmmədovun bu çıxışı tamamilə absurddur. Niyə Hesablama Palatası açıq şəkildə bu pulların hansı istiqamətdə xərcləndiyini bildirmir? Azərbaycanda elə bir yardım sistemi qurulub ki, insanlara 190 manatı zorla verirlər. Ölkəmizdə xalqı düşünən hakimiyyət qurulmadıqca vəziyyət dəyişməyəcəkdir.

Biz pandemiya ilə mübarizə adı altına yığılan maliyyə pullarının sadəcə bir qismini sizlərə söylədik. Maraqlısı budur ki, bu 3.5 milyard manat maliyyə vəsaiti yığıldığı zaman İlham Əliyevin komandası başda Baş Nazir Əli Əsədov olmaqla, dəfələrlə Nazirlər Kabinetinin görüşü keçirildi. Həmin görüşlər pandemiya vaxtı xalqa yardım üçün yox, yığılan milyardları mənimsəmək üçün idi.

Əliyevlərin yaratdığı bu korrupsioner, rüşvətxor, insan hüququ bilməyən hakimiyyət sistemi, yalnız xalqın sərvətin talamaqla məşğuldur. Bir daha sübüt etdilər ki, xalq təhlükədə olduğu müddətdə də öz çirkin əməllərindən dönmürlər. Vüqar Gülməmmədov kimilər isə bu cür cinayətkarları ört-basdır etməklə onlarla əlbir olurlar.

Mikayıl Əsədov.

Bunu paylaş: