Xalqımıza “Formula-1” lazımdırmı?

 

Bildiyiniz kimi iyun ayının 6 – da Azərbaycanda “Formula-1” yarışları keçiriləcəkdir. Bir neçə ildir ki, ölkəmizdə bu tədbir keçirilməkdədir. Bilirsiniz ki, bu tədbiri keçirmək üçün Azərbaycan hakimiyyəti, budcədən külli miqdarda pullar xərcləməkdədir. Bəs bu tədbir Azərbaycan xalqına lazımdırmı?.

İllərdir ölkəmizdə “Formula-1” yarışlarının keçirilməsi narazılıqla qarşılanmaqdadır. Bir tərəfdən mərkəzi küçələrin bir neçə günlük bağlanması əhalidə narazılıq yaratmaqdadır. Digər tərəfdən isə bu yarışa xalqın pulları boş yerə xərclənməkdədir. Bir neçə turistin Azərbaycana gəlməsi, milyonlarla israf edilən pulu qarşılamır. Sadəcə bu yarışda Azərbaycanın qazancı adının hallanmasıdır.

Yəni İlham Əliyevin bu çür tədbirlərə boş – boş pullar xərcləməsi, hər kəsdə etiraz doğurur. “Formula – 1” – ə israf edilən xalqın pulları əhalinin sosial durumuna xərclənsəydi yaxşı olardı. Onsuz da bu yarışlarda Azərbaycan komandası təmsil olunmur.

Mikayıl Əsədov.

Bunu paylaş: