Xalqımızın pulları necə oğurlanır

Dünyanın ən bahalı ölkələrindən biri olan İsveçrədə Azərbaycan brendi “SOCAR” 200-cü yanacaq doldurma məntəqəsini açdı. “SOCAR” – ın Azərbaycandan xaricdə olan yanacaqdoldurma məntəqələrinin sayı təxminən 1000-ə yaxındır. İsveçrə kimi ölkədə 2012-ci ildən fəaliyyət göstərən Azərbaycan şirkəti büdcəyə daxil olan məbləği hələ də gizli saxlayır.

Araşdırmalarımıza görə, İsveçrədə “SOCAR” şirkətinin gəlirləri gündəlik 7 milyon avroya yaxındır. İllik gəlirləri isə təxminən 2 milyard 52 milyon avro təşkil edir. Bu statistika yalnız İsvecrəyə aiddir. İllərdir Azərbaycan hakimiyyəti “SOCAR” vasitəsi ilə xalqın pullarını sovurur. Bir neçə həftə əvvəl Rövnəq Abdullayev Azərbaycan büdcəsinə daxil etdiyi pulun dəyərini açıqlamışdır. “SOCAR” – ın xaricdən büdcəyə daxil etdiyi məbləğ təxminən 1.5 milyard manat idi və təxminən 750 milyon avro dəyərində. Yerdə qalan digər ölkələrdə satılan yanacaqların pulları hara gedir?. Avropada 1000-ə yaxın yanacaqdoldurma məntəqəsi olan “SOCAR” şirkətinin, dövlət budcəsinə 750 million avro pul ödəməsi gülüncdür.Bu cür korrupsiyalar  səbəbindən, xalqımız İlham Əliyevdən hər il Milli Məclisdə büdcə gəlirlərinə şəffaflıq tələb etməlidir.

Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev xalq qarşısında hər il izahat verməlidir. 20 ildən çoxdur ki, büdcəmizin gəlirləri korrupsioner oğru hakimiyyət tərəfindən mənimsənilir.

Mikayıl Əsədov.

Bunu paylaş: