Xalqı müflis edən “Bankir”

 

İllərdir insanları diri- diri, göz görə-görə yandıran, zəlil qoyan, varını yoxunu əlindən alan, yüksək faizlərlə pul verən,10 verib 100 alan, adı da özü kimi bəla olan “Banklardan” sizlərə söyləmək istərdim. Millətin dərdinə əlac tapmayan məmurlar, insanların sosial rifahı baxımından ildə 1 kərə pensiyaya 2 manat artım etdirən prezident İlham Əliyev, ölkəni elə hala qoyub ki, xalq məcburiyyət qarşısında banklara üz tutur. Əvəzində isə işsizlikdən əziyyət çəkən kasıb təbəqə, ödənişləri vaxtında etmədiyindən, bank həmin şəxsin əlindən girov qoyduğu dəyərli nəyi varsa müsadirə edir.

Bu bizim ən yaralı yerimizdir. İndi isə bankların yüksək faizlə pul verməsi haqqında qeydlər edək; İnsanların malını-mülkünü əlindən alan, zəlil günə qoyan Azərbaycan bank sisteminin qurucusu olan Mərkəzi bankın rəhbəri Elman Rüstəmov öz çirkin əməlindən əl çəkmir. Sahibkarlara verilən yüksək məbləğli fazilər vaxtında qaytarılmadığında və ya uğursuzluğa düçar olduqda, bank güzəştə getməyib, əvəzində dəyəri 200-300 min manatlarla ölçülən daşınmaz əmlakları ən aşağı qiymətlə müsadirə edərək əlindən alınır. Bu cür axmaq yanaşma və yüksək faizli borc vermə heç bir ölkədə yoxdu.


Odur ki, Mərkəzi bankın rəhbəri Elman Rüstəmov banklarda faiz məbləğini öz “kefinə” uyğun olaraq dəyərləndirir.
Sədr elan edir ki, 31 mərtəbədən ibarət 430 milyon manatlıq binanın tikintisi üçün artıq tender qalibi də müəyyən olunub. Baş Bankir ömründə bir dəfə də olsun xalqa xidmət etmək üçün nəsə fikirləşibmi?Ayrılan o məbləğə, ölkədə standartlara uyğun binalar, yaşayış evləri, məktəb, bağça və s.tikdirmək olardı. Elman Rüstəmovun ağlında sadəcə xalqı necə soymaq fikri dolaşır. Onu da qeyd edim ki, 68 yaşlı “pulgir” 13 yanvar 1995- ci ildən bu vəzifədə çalışır, hələ də xalqı soymağa davam edir.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: