Xəzəryanı Dövlət Başçıları Zirvə toplantısında Azərbaycana təzyiq edilə bilər

Azərbaycan Respublikasınln Prezidenti İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə toplantısında iştirak etmək üçün Türkmənistana səfər etmişdir.
Səfər çərçivəsində qardaş ölkənin sabiq lideri Qurbanqulu Berdiməhəmmədovla görüşmüşdür. Görüş zamanı iki ölkə arasında gələcək inkşaf müzakirələri aparılmışdır.

Beş liderin Xəzəryani ölkələrin sammitində iştirak etməsi, Xəzər dənizinə aid müzakirələrin yeni mərhələsi kimi də qeyd edilir. Bu görüş Azərbaycan üçün çox da asan şərtlərdə keçməyə bilər.

Son zamanlar Azərbaycan və Türkiyənin birgə hərbi güc qurması Rusiya və İranı narahat etməkdədir. Üstəlik də Türkiyənin NATO üzvü olması, şimal və cənub qonşularımızı yaman qorxuya salmışdır.
Təsadüfi deyil ki, bir müddət əvvəl Moskva və Tehran bəyanat yayaraq qeyd etmişdilər ki, digər ölkələrin Xəzər dənizində hərbi gücü qəbul edilməzdir.
Görünür, İlham Əliyevin Rusiya və İranı buna razı salmağı elə də asan olmayacaqdır.
Hər halda, Türkmənistan görüşündən sonra, Azərbaycanın hansı mövqe tutacağı Moskva və Tehranın sonrakı münasibətlərindən bəlli olacaqdır. Bu gün Azərbaycan donanmasını gücləndirmək üçün qardaş ölkə Türkiyə ilə birgə işləməlidir. Quru sərhəddi kimi, su sərhədlərimiz də hər an təhlükə ilə üzləşə bilər.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın