Xırdalanda baş vermiş partlayışla əlaqədar cinayət işi başlamışdır

 

Yanvar ayının 25-də Xırdalan şəhəri, 27-ci məhəllədə baş vermiş partlayışla əlaqədar cinayət işi başlamışdır. Məlumata əsasən Azərbaycan respublikasının müvafiq orqanlarının hadisə yerine baxış keçirmişlər. Ekspertlərin rəyinə əsasən hadisə qaz partlamasından baş vermişdir . Partlayış nəticəsində iki mərtəbəli yaşayış evi dağılmışdır. Nəticədə 2 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır. Partlayışın gücündən əhatədə olan avtomobil və binalara çoxlu sayda ziyan dəymişdir. FHN-nin xilasediciləri dağılmış binanln altından 1988-ci il təvəllüdlü Aytən Musayeva və qızı 2012-ci il təvəllüdlü Fatimə Musayevanın cəsədlərini çıxarlmışlar. Yaralılar isə xəstəxanalara yerləşdirilmişdir.

Partlayışla əlaqədar Cinayət Məcəlləsi müvafiq 225.3 və 308.2-ci maddələrinə tövsif edilmiş, əsaslarla Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilmişdir. Artıq partlayış nəticəsində dəymiş ziyanın müəyyən edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir. Aidiyyatı insanların məsuliyyətə cəlb edilməsi üzrə işlər aparılır.

 

Həmin partlayışda yaralananlarin siyahsini teqdim edirik.

Ələzova Simayə Mövlud qızı – 1968 ci il təvəllüdlü

Şükürzadə Xədicə Bəxtiyar qızı – 2006-cı il təvəllüdlü

Musayev Vusal Firudin oğlu – 1983-cü il təvəllüdlü

Musayev Firudin Vusal oğlu – 2009-cu il təvəllüdlü

Əliyev Emil Arif oğlu – 1989-cu il təvəllüdlü

Hüseynov Arif Əbülfəz oğlu – 1988-ci il təvəllüdlü

Rəşad Şıxəliyev.

Bunu paylaş: