Xüsusi Təyinatlılarla görüş, yeni qələbə arzusu: İlham Əliyev nəyə işarə edir?

 

 

Noyabrın 8 – i Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, “Zəfər Günü” ilə bağlı Şuşa şəhərinə səfər etmişdir. Ölkə başçısı Şuşada hərbçilərlə görüşmüş və onların qabağında çıxış etmişdir. Sonra o, bölgədəki vəziyyətdən və gələcəkdə Azərbaycan – Ermənistan münasibətlərindən söz açmışdır. İlham Əliyev çıxışının sonunda, Azərbaycan ordusuna yeni qələbələr arzulamışdır.

İlham Əliyevin Şuşa şəhərinə səfəri və orada mühüm mesajlar verməsi, bölgədə vəziyyətin gərgin olduğundan xəbər verməkdədir:

1) Xüsusi Təyinatlı Hərbçilər və onların generalı Hikmət Mirzəyevlə görüşü .
2) Azərbaycan ordusuna yeni qələbələr azulaması.

Bu iki siyasi nüans olduqca çox vacibdir. Məsələ burasındadır ki, İlham Əliyevin 9 noyabr tarixində Rusiyanın Soçi şəhərində Ermənistan prezidenti ilə vacib görüşü baş tuta bilər.

Azərbaycan tərəfi iki mesajla Ermənistana göstərmək istəyir ki, Soçi görüşü nəticəsiz qalsa, Azərbaycan Xüsusi Təyinatlıları yeni qələbələrə əl atmaq məcburiyyətində qalacaqdır.
Siyasətçilər yaxşı bilir ki, danışıqlar, hərəkətlər, baxışlar, geyimlər demək olar ki, hər xüsusiyyət siyasi dildə çox önəmli məsələ sayılmaqdadır.
Beləliklə Soçi görüşü baş tutarsa, Ermənistan və Azərbaycan tərəfi sülh razılaşması əldə etməsə, bölgədə yeni müharibə ehtimalı böyüyəcəkdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın