Vyana terrorundan sonra Avropanı nə gözləyir ???

Okryabrn 2-si Vyanada terror baş vermişdir. Terrorçular şəhərdə odlu silahla qarşılarına çıxan hər kəsi öldurməyə çalışmışlar. Nəticədə 4 nəfər ölmüş, 17 nəfər isə yaralanmışdır və bəzilərinin vəziyyəti çox ağırdır. Bəs niyə bu terrorlar baş verdi? Xatirlatmaq istərdim ki, Pentaqonun məlumatına görə Suriya və İraqda 3 milliyona yaxın terrorçu var idi. Suriya müharibəsini nəzərə alsaq bu günə kimi döyüşlərdə ölənlərin sayı 500 min nəfərdirsə, bir sual yaranır yerdə qalan terrorçuların aqibəti nə oldu? Bu terrorçular artıq çoxdandır Avropanın bir çox şəhərlərində kök salmağa başlamışlar və sadəcə yağışdan sonra çıxan göbələklər kimi öz vaxtlarını gözləyirlər. Bu vəziyyətdən bəzi ölkələr istifadə edərək Avropanı öz əsarətində saxlamağa çalışacaqlar, belə vəziyyət isə Avropa üçün son deməkdir. Sonunda unutmayaq ki, terrorçunun nə Vətəni, nə Dini , nə də ki, Şəxsiyyəti olmur.

Mikayıl Əsədov.

Bunu paylaş: