Vladimir Putinin, yaxın dostunun qohumu niyə həbs edildi?

 

Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyən Müşfiq Abbasov məhkəmə zalında həbs edilmişdir. Onun barəsində etibardan sui-istifadə etmə, aldatma, ayrı-ayrı şəxslərin əmlakını ələ keçirmə, rüşvət vermə, rüşvət alma maddələri ilə cinayət işi açılmışdır.

Prokurorluğun keçmiş İstintaq İdarəsinin rəhbəri, 2014 və 2017- ci il tarixində eyni cinayətlə təqsirləndirilsə də, məhkəmə qərarı ilə 3 il sınaq müddəti ilə həmin cəzaya şərti məhkum edilib. Hökmə əsasən Müşfiq Abbasov 7 il müddətinə azadlıqdan məhrum ediləcəkdir.

Xatırladaq ki, həbs edilən Muşfiq Abbasov, Rusiya prezidenti Vladimir Putinin yaxın dostu İlham Rəhimovun yaxın qohumudur (bacanagıdır). Əlavə olaraq qeyd edək ki, təqsirləndirilən şəxs Ruhi Əliyevanın bacısının əridir.

Mikayıl Əsədov.

Bunu paylaş: