Vladimir Jirinovskinin İlham Əliyev haqqında dedikləri, Azərbaycan xalqına bir siqnaldır

 

Rusiyanın Liberal Demokratik Partiyasının rəhbəri Vladimir Jirinovski yenidən Azərbaycan və Türkiyəyə hücuma keçmişdir. Jirinovski hər zaman Azərbaycan və Türkiyəyə qarşı qərəzli mövqeydə çıxış edənlərdən biri kimi tanınır.

Bir neçə il bundan əvvəl Azərbaycana dəvət edilərək, hakimiyyət külli miqdarda vəsait xərcləyərək, onu neytrallaşdırmışdl. Görünür, bu dəfə Kremlin Kloununun yalı az olmuşdur.

O, Türkiyəyə Leninin dönəmində yardım edilməsinin yanlış olduğunu qeyd etmişdir. Qərəzli olaraq “Kürdüstan və böyük Ermənistan” dövlətlərini yaradılmasının vacibliyini vurğulamışdır. Bu barədə daha sonra danışacağıq.

Vladimir Jirinovski qeyd etmişdir ki, İlham Əliyevi Kremlə cağırıb, ona bildirmək lazımdır ki,rus əsgərlərinin Azərbaycanın istədikləri yerində hərəkət etmələrinə yol versin. Yəni İlham Əliyevə xəbərdarlıq etmək lazımdır.

İlk öncə rus Kloununun cavabın vermək istərdik:– Jirinovski dəfələrlə öz çıxışlarında Rusiya – Türkiyə müharibəsindən ağız dolusu danışmışdır. Bu ölkələr döyüş meydanlarında 10 dəfə qarşılaşsalar da, hamısında Rusiyanın qalib gəldiyi deyilir. Lakln o, bir şeyi unudur; hər 10 müharibə Türkiyənin zəif vaxtlarında olmuşdur. Bu amil çox vacib məqamdır. Ən əsası isə bunu bütün “Moskovlar” və Kloun Jirinovski anlamalıdır ki, Rusiyada yaşayan əhalinin 70 faizdən çoxu türk kökənlidir. Yəni türklə türkün arasında qalib və məğlub olmaz. Bu məntiq kimlərəsə gülməli gələ bilər, sadəcə, Rusiyanın xəritəsi bütun Şərq boyu Sibir türklərindən Ural türklərinə qədər uzanıb gedir. Bu bir reallıqdır, Jirinovski kimilər bunu bilməlidir. Əgər saxta “Kürdüstan” yaratmaq istəyirsənsə, türklər də Rusiyada öz dövlətlərini yarada bilərlər. Əgər saxta “böyük Ermənistan” istəyirsənsə, birinci Krosnadardan başlamağınızı məsləhət görə bilərik.

Jirinovskinin İlham Əliyev barəsində dedikləri isə bir reallıqdır. O, açıq şəkildə qeyd etmək istəyir ki, İlham Əliyevin hakimiyyətdə qalmasını biz təmin edirik və buna görə də Azərbaycanda rus əsgərləri istədiyini etməlidir. Digər tərəfdən Əliyevə xəbərdarlıq edərək onu Qərblə hədələyir. Jirinovski özü də bilmədən yatmış Azərbaycan xalqına anladır ki, sizin hakimiyyəti biz idarə edirik. Bu səbəbdən Qərbin Azərbaycana girməsinə icazə verməyəcəyik.

Azərbaycan Xarici İşlər Nazirliyi Jirinovskinin bu çıxışından sonra Rusiya tərəfinə “NOTA” vermişdir. Əsla düşünməyin ki, Azərbaycanın suverenliyiə görə, yox, sadəcə, İlham Əliyevə qarşı Jirinovskinin təhqiramiz sözlərinə qarşı.

Jirinovskinin bu çıxışına səbəb son vaxtlar Avropa Şurasının Qafqazdakı aktivliyidir. Bir neçə gün əvvəl Rusiyanın XİN Sergey Lavrov da Qərbə qarşı təhqiri sözlər işləmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın