“Vitse-prezident” Mehriban Əliyevanın vəzifəsi şəkil çəkməkdir?

 

Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban Əliyeva 2017 – ci il, fevral ayının 21- də bu vəzifəyə, Prezident İlham Əliyev tərəfindən təyin edildi. Bu vəzifəyə Mehriban Əliyeva 4 ilə yaxındır ki, təyin olunmağına baxmayaraq, heç bir əsaslı dövlət səviyyəsində qərarlar qəbul etməmişdir.

Xarici ölkələrdə vitse-prezidentlərin özünə məxsus ağır iş vəziyyəti vardır. Yəni ölkənin əsas fiqurlarından sayılaraq, ölkənin xarici və daxili siyasətində böyük rol oynamaqdadırlar.
Vitse-prezidentlərin əsas işi, Prezidentin ölkədə olmadığı bir vaxtda idarəetməyə tam nəzarət etməkdir və hətta təcili qərarlar qəbul etməyə belə ixtiyarı vardır.

Azərbaycanda isə, tam tərsinə olaraq vitse-prezident Mehriban Əliyeva yalnız Prezidentin səfərlərini işıqlandırmaqla məşğuldur.
Təbii, ara-sıra xalqın sərvəti ilə yaradılan “Heydər Əliyev Fondu” nun maliyyə köməyi ilə, insanlara kömək edir. Lakin bu, ölkənin daxili problemlərinin həll edilməsi demək deyil.

Son dörd ildə fikir versəniz görcəksiniz ki, Mehriban Əliyeva yalnız İlham Əliyev səfərlərinin fotoların çəkərək sosial şəbəkələrdə paylaşmaqdadır. Xalqın sosial haqları gündən – günə pisləşdiyi belə bir ölkədə, bu cür idarəetmə lazımdırmı?
Prestijli ailə olan Əliyevlər, ölkə daxilində yaratdığı problemləri görməzdən gəlir, özləri üçün krallığa layiq yaşamağı üstün tuturlar. Görünür, Azərbaycan prezidenti İlham Əliyevin və məmurlarının vəzifəsi xalqın pullarını talamaq, vitse-prezident Mehriban Əliyevanın vəzifəsi isə şəkil çəkməkdir. Təəssüflər olsun ki, ailə hakimiyyətinin bu əməllərini 10 milyonluq xalq hələ də seyr etməkdədir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın