Virusa yoluxanlara DİN yardım edibmi?

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov, polis əməkdaşları karantin rejimini bəhanə edərək insanları kütləvi şəkildə cərimələməsi şayiələrini əsassız və kimlərinsə uydurması adlandırmışdır.
Məqsəd kimlərisə cərimələmək deyil, insanların sağlamlıqlarını qorumaqdır. Sanki polis işçilərinə həkimlik təlimatı verilib. Nəzərə alsaq ki, Azərbaycanda səhiyyə sistemi sıfır vəziyyətindədir, bu səbəbdən hər bir insan öz sağlamlığının qeydinə qalmağa məcburdu.

Ehsan Zahidovun sözlərinə görə əhalidən yığılan cərimələr, virusa yoluxan vətəndaşların müalicəsinə xərclənir- deyə bildirmişdi. Mətbuat katibi, bir tərəfdən deyir belə şeylər yoxdur, digər tərəfdən isə cərimə pulundan danışır.
Efir və ya saytlar vasitəsilə yayımlanan bu xəbərə biganə qalmayıb, mətbuat xidmətinin rəisindən soruşmaq istərdim: cərimə məbləği nə qədər yığılmış və hansı vətəndaşlara nə cür köməklik göstərilmişdir?
Bir vətəndaş kimi suallarımıza DİN mətbuat ximətinin sədrindən açıqlama gözləyirik.

Hərçənd ki, öz polislərimizi çox “yaxşı tanıyırıq”. Və yığılan məbləğin kimlərə çata biləcəyini də təxmin edirik. Polis işçisinin belə mənasız açıqlaması gülüncdür.
O ki, qaldı Covid 19-a yoluxanlara yardım, hamı bilir bütün xəstəxanalar və apteklər pulludur. Hər bir vətəndaş cibindən ödəyərək lazım olan tibbi ləvazimatları alır. Yalandan bu kimi ucuz variantlara əl ataraq, özünüzü reklam etməyin.

 

Rəşad Şıxəliyev.

Bunu paylaş: