Vilayət Eyvazovdan biyabırçı cavab

 

Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl Müsavat Partiyasının üzvü Tofiq Yaqublu polis zorakılığına məruz qalmışdır. Bununla bağlı bir qrup Hüquq Müdafiə Təşkilatının bir neçə üzvü: Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı Daxili İşlər naziri Vilayət Eyvazovun qəbulunda olmuşlar. Hüquq müdafiəçiləri nazirə, Tofiq Yaqublunun Azərbaycan polisi tərəfindən vəhşicəsinə döyülməsini bildirmişlər.
Öz növbəsində Vilayət Eyvazov qeyd etmişdir ki, Müsavat partiyasının üzvünü döyənlər polis əməkdaşları olmamışdır və bu barədə Respublika Prokurorluğu araşdırma aparmaqdadır.

Daxili İşlər naziri Vilayət Eyvazovun belə cavab verməsi qəbul ediləndir. Bir daha hakimiyyətin nağıllarından birinin şahidi olduq. Zərərçəkmiş açıq şəkildə etiraf edir ki, polis əməkdaşları ona işgəncə verib.
Bu gün gördüyünüz mənzərə İlham Əliyev hakimiyyətinin əsil üzüdür. Azərbaycan polisinin vəhşiliyini hər kəs görməkdədir. Bu cür polis nazirinin belə gülünc bəyanat verməsi isə, normal hadisədir. Əsil İlham Əliyevin yaratdığı daxili siyasətin nəticəsi budur.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın