Vendi Mortonun ölkəmizə səfərinin vacib məqamları

 

Bildiyiniz kimi, Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət Naziri Vendi Morton Azərbaycanda rəsmi səfərdədir. Xanım Vendi Mortonu dünən Azərbaycan prezidenti İlham Əliyev qəbul edib. Görüş zamanı Azərbaycanla Böyük Britaniya arasında sıx əlaqələr də müzakirə edilmiş və gələcəkdə hər iki tərəfin əlaqələrinin inkişafından söhbət açılmışdır. Son illər ölkəmizə Avropa ölkələri arasında ən çox investisiya yatıran Böyük Britaniya şirkətləri olmuşdur.


Bu səfərin ikici bir tərəfi strateji əməkdaşlıqdır. Ola bilər ki , son vaxtlar Avropanın bəzi ölkə nümayəndələrinin ( Fransa, Nederland, Belçika və s.)  Azərbaycandakı insan haqları, korrupsiya, rüşvətxorluq və.s.kimi problemlərə görə sanksiya tətbiq etmək istəmələri İlham Əliyevi buna cavab olaraq, ölkə siyasətini dəyişdirməyə məcbur etmişdir. Azərbaycan neftinin dünya bazarına çıxarılması Britaniyanın ” British Petroleum” (BP) şirkəti tərəfindən illərdir icra etdirilməkdədir. İlham Əliyev BP ilə əməkdaşlıq edərək, həm də neft kəmərlərinin təhlükəzisliyini təmin edir.

Azərbaycan prezidenti bu görüşü ilə Fransa, Niderland, Belçika kimi böyük ölkələrə göstərmək istəyir ki, Azərbaycanın yeni qaz layihələrindən kənarda qalacaqlar. Sanki bir qısqanclıq siyasəti aparılır. Belə ki, Azərbaycanın qaz layihələrinə yalnız Türkiyə, Amerika və Böyük Britaniya şirkətləri cəlb ediləcəkdir. Bununla da, İlham Əliyev şantaj siyasəti aparacaqdır.


İkinci tərəfdən, İlham Əliyev Rusiyanın Xəzər dənizində, Azərbaycana və Gürcüstana təhlükə yarada biləcəyindən ehtiyatlanaraq, Azərbaycanın qaz kəmərlərini də BP-nin nəzarətinə vermək istəyir. Bununla, Azərbaycan öz neft -qaz kəmərlərini Böyük Britaniyanın və Amerikanın ( NATO) hesabına qorumaq istəyir.

Mikayıl Əsədov.

Bunu paylaş: