Vazgen Manukyandan Putinə açıq şəkildə ultimatum

 

Hörmətli oxucular, Ermənistan müxalifəti paytaxt İrəvanın mərkəzində mitinq keçirmişdir. Mitinqin keçirilməsinin məqsədi Qarabağ müharibəsindəki məğlubiyyəti həzm edə bilmədikləri səbəbindən, məğlubiyyətə görə Baş Nazirin istefasını tələb etməkdir. Erməni müxalifətinin lideri Vazgen Manukyan bu vəziyyətə görə, hətta Rusiyanı da günahlandırmışdır. Açıq şəkildə Rusiyanı ittiham edərək “ruslar bizə nəzarət edə bilməz” sözlərini söyləmişdir.


Vazgen Manukyan bu sözləri deməklə, bəlkə də Nikol Paşinyanın adamlarını özlərinə tərəf çəkmək istəmişdir. Paşinyanın komandasında anti-rusiya tərəfdarlarının çox olduğu hər kəsə bəllidir. Lakin erməni müxalifət lideri dəfələrlə öz çıxışında Ermənistanın rifahının Türkiyə və Azərbaycandan keçdiyini söyləmişdir. Hətta o bildirmişdir ki, hakimiyyətə gəlsə, ilk işi Türkiyə ilə sərhədlərin açılması olacaqdır.
Bu mitinqdə iştirakçılar anti -rusiya fikirləri söyləməkdən belə çəkinməmişlər. Hələlik Kreml bu vəziyyəti sadəcə diqqətlə izləyir, ola bilsin yaxın zamanda münasibət bildirilsin.

Bu arada Ermənistanın Baş Naziri Nikol Paşinyan orduya “atəş et” əmri vermişdir. Onun sözlərinə görə nümayiş keçirənlər dövlə çevrilişinə cəhd etsələr, bu zaman qan tökülməsi qaçılmaz olacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş: