Vazgen Manukyan: Xilasımız Türkiyə və Azərbaycandan keçir

Ermənistan müxalifətinin lideri Vazgen Manukyan mətbuata müsahibə vermişdir. Müxalifət lideri artıq Ermənistanın pis vəziyyətdə olduğunu bildirmiş və ölkədə ciddi şəkildə ekonomik problemlər yaşandığını söyləmişdir. Vazgen Manukyan bildirmişdir ki, Ermənistanı bu uçurumdan qurtarmağın yalnız bir yolu var. Yəni Ermənistanın xilasının Türkiyə və Azərbaycandan keçdiyini açıq şəkildə söylədi. Müxalifət lideri qonşularla normal əlaqə qurulması və sərhədlərin açılmasının birinci planda olduğunu vurğuladı. Görünür ermənilər özləri də xəstə düşüncələrindən yorulmuşlar və reallıqla barışmaq istəyirlər.
Eyni fikirləri bir müddət əvvəl Ermənistan prezidenti Armen Sarkisyan generallar və dövlət xadimləri ilə görüşü zamanı da bildirmişdir. Ermənistan prezidenti ölkənin iqtisadiyyatının çökdüyünü açıq şəkilde etiraf etmişdir. Sarkisyanın sözlərinə görə belə davam edərsə onlar hər şeyi itirəcəklərini və qonşularla normal əlaqənin qurulmasının vacibliyini vurğulamışdır.

Mikayıl Əsədov.

Bunu paylaş: