Vay əqidəsi sürüşkən olanlarin və onların havadarlarının halına ( Rasim Musadəyov və onun havadarlarına itaf olunur) 4cü hissə

Bir neçə gün bundan əvvəl Əliyevin ailə biznesinin tərkib hissəsi olan icra aparatında nəhayət ki, zənglərimə rəğmən telefonun dəstəyini qaldıran tapıldı. Əvvəlcə onlara mənim adımdan heç bir ərizə daxil olunmadığını bildirdilər. Xəbərnamənin kodunu söylədikdən sonra aydınlaşdıracaqlarına söz verdilər. Üç sutka ərzində mən zənglərimlə onları bezikdirdikdən sonra ərizənin Fərəcova göndərildiyi bildirildi. Mən soruşanda ki, Fərəcova ölkədə məhkəmələrin və prokurorluğun fəaliyyətinə nəzarət nə vaxt hədiyyə edilib? Belə baxıram məlumatlısınız bilmədiyiniz az şey var daha bizi niyə incidirsiniz deyərək telefonu qapatdılar.

İ.Əliyev təkcə bu faktlar özünüzün və hakimiyyətinizin bir qəpiklik mahiyyətinin belə olunmadığını dövlət, millət və xalq üçün təhlükə olduğunuzu təsdiq edir.

Putinin tapşırığı ilə ordunun hücumunu dayandırmanız, düşmənin 30 min nəfərdən artıq əsgərinin, ərazimizdə qanunsuz məskunlaşdırdığı, əsasən terrorçulardan ibarət olan kantingentin işğal altında olan ərazidən çıxarılması, rus işğalçı qoşunlarının qan qiymətinə azad edilmiş torpaqlara yeridilməsinə və bununla da ermənilərə Qarabağı və bir sıra mühüm əhəmiyyətli əraziləri əldə saxlamağa şərait yaratmanız ölkəyə xəyanət kimi dəyərləndirilməli müvafiq qaydada təhqiq edilməlidir.

İ.Əliyev Ali baş komandan rolunda çıxışı xüsusi və çox geniş müzakirə mövzusudur. Yaşasaq bunu da edərik.

“Haqq nazilər, amma üzülməz” deyib babalarımız. İlham Əliyev ölkədə və onun hüdudlarından kənarda yaşamağa məcbur edilmiş milyonlarla soydaşımızın haqqını tapdalaya-tapdalaya gedir. Son olaylar belə bir qənaətə gəlməyə əsas verir ki, bu “bezpiridel”in sonu çatmışdır.

Rasim Musabəyov olaylarına zəruri aydınlıq gətirilməsinin öhdəsindən gəlməmiş, İctimai televiziyanın müxbirinin separatçıiarln baş ideoloqu Şahnazarovdan “qiymətli məsləhətlər” aldığının şahidi olduq. Bilirsiniz bu hansı Şahnazarovdur? Biz keçən ərsin səksəninci illərində Aqambekyan və Şahnazarova ilan zəhəri verən kərtənkələlər adı vermişdir. Miatsum sözünün müəllifləri olan bu iki nəfər bir tərəfdən M.Qorbaçovun boş başını “məzlum erməni” xalqının müdafiəsinə qalxmaq üçün sərsəm fikirlərlə doldurur. digər tərəfdən isə Dağlıq Qarabağa xüsusi emisarlar göndərərək separatizimi qızışdırır, ermənilərin mitinqlərini təşkil edirdilər. Ölkəyə rəhbərlik etməyə başı çatmayan başçılara təzyiqləri artırır və bu çirkin əməllərinin təmin edilməasi istiqamətində addım-addım irəliləyirdilər.

Yəqin ki, əlavə konkretləşdirməyə heç bir ehtiyac yoxdur ki, İTV-dən Şahnəzərovun qulluğuna müxbiri kim göndərə bilər. Nəzərə alınarsa ki, ağır xəstəliklə vuruşmaq üçün belə ölkədən kənara getmək üçün səhədlər bağlı olmuşdur. Onda tam şəkildə aydın olur ki.qeyd olunan problemlərin topdan həll edilməsi yalnız İ.Əliyevin gücündədir. Deməli, Türkiyənin Azərbaycanda mövcudluğunun əksinə olan elə onun özüdür.Hazırda Rusiya KİV-lərində Azərbaycan-Türkiə yaxınlaşmasını birincinin müstəqilliyini itirəcəyi ilə bağlayırlar.Rusların qoltuğuna sığınmağa öyrəşmiş və ölkənin milli sərvətini talan edərək

onlarla bölmək hesablna 30 ilə yaxın bir müddətə cinayətkar hakimyyətini qorumuş birisindən bundan artıq nəsə gözləmək ağılsızlıqdır.

Mən keçən əsrin 70-ci illərindən başlayaraq Həsənovun xüsusi qayğı ilə əhatə edildiyinin şahidi olmuşam. Əmək fəaliyyətinə başladıqdan 6-7 ay sonra o Sumqayıtda fəaliyyət göstərən 1 saylı quraşdırma idarəsinə baş mühəndis təyin edildi. Bundan bir ay keçmişdi. Sumqayıta Moskvadan bir qrup erməni generallar gəldi. Sözsüz ki, onlara xüsusi iltifat göstəriləcək kamran Bağırov onları müşaiyət etdilər. Bu gəliş- gedişin izləri küçələrdən silinməmiş Ə.Həsənov o vaxtlar “ən bərk gedən” sənaye müəssisəsi sayılan “Üzvi sintez” İB-nin baş direktoruna müavin təyin olundu. Yeni təyinat üzrə əmrin mürəkkəbi qurumamış Həsənov sumqayıt ŞSİK-nin sədr müavini kreslosunda yerini rahatladı. Moskvadan yenidən erməni generallar Sumqayıta K.Bağırovun müşayyəti ilə təşrif gətirdi. Bu gəliş Həsənovun “yaşıl bina”nın sağ tərəfinə keçidlə nəticələndi, beləliklə, o daha iki pillə irəliləmiş oldu. Mən bu yazıda Həsənovun avtobioqrafiyasını əvvəldən axıra kimi açmağı qarşımda məqsəd qoymamışam. bu mövzunu çox da uzaq olmayan. keçmişdıə baş verən bir hadisə ilə yekunlaşdırmaqla İ.Əliyevdən çox ustalıqla istifadə etməyi bacaranların mövcudluğuna işiq salmaq və bunun yekun etibarı ilə dövlət başçısının, dövlətin və millətin əksinə işlədiyinə diqqət çəkməkdir.

Yəqin ki, hamının yaxşı yadındadır ki, təqribən 4-5 il bundan əvvəl azğınlaşmış məmur uşaqları dövlətə və onun qanunlarına sayğısızlıq göstərir, əhalinin qıcıqlandıran hərəkətlərə yol verirdilər. Hətta bəzi məmurlar bu səbəblə bağlı vəzifələri ilə vidalaşdılar. İ.Əliyev o zamanlar vaxtaşırı keçirdiyi müşavirələrdə dövlət məmurlara xitabən barmaq yelləyir, kimliyi və xidmətləri nəzərə alınmadan övladları harınlığa yol verilənlər vəzifələrindən azad ediləcəklər. Ə.Həsənov prezidentinə dəstək verərək, bildirdi ki, doğmalarının hərəkətləri üçün hər bir vəzifəli şəxs cavabdehlik daşıyır. Çox keçmədi onun əziz- xələf nəvəsi xalqdan babası tərəfindən oğurlanmış pullar hesabına çox bahalı avtomobildə qəza törətdi. Nəvənin daha möhkəm bir dayağı da var idi. O DSX-nın rəisi hakim ailənin üzvü kateqoriyasından olan Elçin Quliyevin kürəkənidir.

 

 

OXUCULARINA BÖYÜK SAYĞILARLA: Tahir Babayev 05.01.2021 050-331-58-11

Bunu paylaş: