Vay əqidəsi sürüşkən olanlarin və onların havadarlarının halına ( Rasim Musadəyov və onun havadarlarına itaf olunur) 3-cü hissə

Rus imperiyasınınbaşında oturanlar ucqarlarda idarəçiliyi öz nəzarətində saxlamaq üçün çox sadə bir üsuldan istifadə edirdilər. Onlar ucqarlara kölə psixologiyası daşıyıcıları hakimiyyətə gətirir və elə ilkin mərhələdə onlara bahalı ənamlar, böyük məbləğdə rüşvət verilməsini təşkil edərək əllərini çirkaba batırır. bu yolla onları robota çevirir və oyuncaq kimi idarə edirdilər Azərbaycanda da biz belə üsul-idarənin tətbiqini görmüşük və bu gün də o millətin taleyində öz mənfi rolunu oynamaqdadır. İlham Əliyevin oktyabrın 9-dan 10-na keçən gecə Azərbaycan xalqına millətinə etmiş olduğu xəyanətin ölkəyə nə kimi bəlalar gətirəcəyini dərk etməyin öhdəsindən gəlmək üçün çalışdığımız vaxt Rasim Musabəyovun soyadı Rusiyanın möhtəbər mətbuat vasitəsində guruldamağa başladı.Bu İlham əliyevin xüsusi siyahı ilə Milli Məclisə dartıb gətirdi cəmiyyətdə əqidəcə sürüşkən kimi tanınan Musabəyovdur. O, hesab edir ki, Türkiyənin sülhməramlı əməliyyatda iştirakına yol verilə bilməz. Normal cəmiyyətlərdə hər kəsin fikrinə hörmətlə yanaşılır. Bizim yaşmağa məcbur olduğumuz ölkədə sivil cəmiyyətin bu qaydası faciələrə yol aça bilər. Çünki bizdə çoxları öz beyinləri ilə yox kimlərinsə sifarişi ilə işləyir. Belə deyilsə, Musabəyov yuxarıdakı fikri necə söyləyə bilərdi. Türk hərbçiləri tariximizin bütün ağır vaxtlarında yanımızda olub və bizi dardan qurtarıblar. Bunu görmək və dəyərləndirmək istəməyənlər  sərsəmlik nəticəsində yol verdiyi səhv hesab edilə bilməz. Bu uzaq gələcəyə hesablanmış düşmən mövqeyidir. Düşməninsə başı əzilməlidir. Hətta ölkə başçısının xüsusi qayğısı ilə əhatə olunsa da. MM Musabəyovun iclas zalında iştirakına yol verməməlidir. Musabəyovsuz  MM elan edilməlidir. Musabəyovun iclas zalına girişi digərlərinin oranı tərk etməsi ilə müşaiyət olunmalıdır. MM Musabəyovsuz yaşamağı  bacarmalıdır. Bunun öhdəsindən gələ bilməyən  bunu istəməyən MM arxivə təhvil verilməlidir. Bu sirr deyildir ki  MM-ə üzvlər ilham Əliyevin siyahısı üzrə daxil ediliblər. Bunun xalqın seçimi ilə heç bir əlaqəsi yoxdur. On minlərlə seçki komissiyası üzvləri dövlət məmurları tərəfindən cinayətə məcbur edilərək, saxta protokollara imza atmalı olmuşlar. Nəticədə MM-də xalqın bu gününü və sabahını düşünmək istəyən, bunu bacarmaq qabiliyyəti olanlar barmaqla sayıla bilər. MM yalnız əhalinin çox məhdud dairəsinin əhatə edir. Onlar əsasən ölkəni talayan, oğurlayan, qeyri cinayətkar məmurların  maraqlarına  xidmət  edirlər.

İlham Əliyev dövlətin qazancını onu mənimsəyən talan edərək haralarasa daşıyanların arasında böldüyünü  və bu vəsaitin krimina lsxem üzrə fırladılaraq. Mehribanın fonduna axıdıldığını rəhbər tutaraq büdcənin çəkməli olduğu xərcləri də yavaş-yavaş kasıb əhalinin üzərinə köçürmək siyasətinin ardıcıllıqla həyata keçirilməsinə başlamışdır.

Azərbaycanın vətən müharibəsinin ikinci mərhələsində şəxsi heyətdən olan itgisinə görə ölkə başçısı hesabat verməlidir.Xalqa Azərbaycan ordusunun rəhbərliyində müharibə ərəfəsində və onun gedişi dövründə baş verənlər barəsində ətraflı məlumat verilməli, Nəcməddin Sadıkov və onun cinayətkar şəbəkəsinə daxil olanlar barədə səlahiyyətli orqanlar açıqlamalar verməlidir. Sadıxovun 27 ildən artıq  müddətdə bu məsul vəzifədə saxlanılması və ona ordu quruculuğuna ciddi problemlər yaratmağa milyardlarla Azn dövlət vəsaitinin mənimsənilməsinə münbit şərait yaratmış vəzifəli şəxs kimi İlham Əliyevə qarşı müvafiq addımlar atılmalıdır. İlkin mərhələdə istintaqa sərbəst hərəkət etməsi üçün onun özü və arvadı tutduqları vəzifələrindən kənarlaşdırılmalıdırlar. İlham Əliyev nəhayət özünə kənardan baxmalı bağışlanılması mümkün olmayan səhvləri (onlardan çoxları ən ağır cinayətləri əhatə edən CM maddələrində  tövsif olunmuş tərkibləri belə aşır ) öz yaddaşında canlandırmalı adekvat hərəkətə keçməlidir. Bir şeyi nəzərdən  qaçırmaq olmaz ki əhali əvvəllər işğal altında olan torpaqların  azad  edlməsini bütün planlardan önə çəkir və iqtidara dözümlülük nümayiş etdirirdi. Şükürlər olsun ki, artıq bu bəhanə ortadan qalxmışdır. İndi YAP iqtidarı vətən müharibəsin açmış olduğu eybəcərliklər də daxil olmaqla bütün məsələlər kompleksinə görə xalq qarşısında hesabata hazırlaşmalıdır.  Bunu nə qədər tez etmiş olarsa bir o qədər buna məcbur ediləcəyi gündən uzaqlaşmaq imkanı əldə edəcəkdir. Hərəkət etməyin vaxtıdır.

Bir daha xəbərdarlıq etməyi lazım bilirəm ki, artıq yalanlar  epoxası bitmişdir. İndi yeni dövrdür. Elə indiyə kimi əhaliyə  satılmış yalanlara görə də hesabat vermək lazım gələcəkdir.

Hamı şahiddir ki, ölkə rəhbəri bütün çıxışlarını  xalqa müraciətlərini “Bizim işimiz haqq işidir. Zəfər bizimdir. Heç kim bizi saxlaya bilməz” cümləsi ilə bitirirdi. Yumruğunu qaldıraraq onun dəmir olduğunu diqqətə çatdırırdı və bunun həmrəylik nəticəsində əldə edildiyini qeyd edirdi. Oxucularıma bildirirəm ki, formalaşmış birliyi  mən müharibənin birinci və ən başlıca qələbəsi kimi qəbul edirdim. Hesab edirdim ki, iqtidar bundan müəyyən nəticələr çıxaracaq və hər şey müsbətə doğru dəyişəcəkdir. Bu fikrə çox şübhə ilə yanaşsam  da onun əhəmiyyətini dərk edir  başqa cürə düşünməməyə çalışırdım. “Qorxan gözə çöp düşər” deyib atalarımız. oktyabrın 9-dan 10-na keçən gecə ali baş komandan (oxucularımdan bir şey də öyrənmək istəyirəm. Ömründə bir dəfə olsun belə qalx əmri ilə qalxmaq qisməti olmadığı kimi yatmağa da əmrlə getməyəndən baş komandam olarmı?) video-konfrans formatında Putinlə atəşkəsi razılaşdıqlarını xüsusi sevinclə xalqa çatdırdı. İcazənizlə burada bir neçə xırda detalı nəzərinizə çatdırım. Ölkə torpaqlarının düşmən tapdağından azad edilməsi üçün hamı bir nəfər kimi savaşa qalxmışdı və əhali adından 50 partiya bunu   rəsmiləşdirmişdi. Vətən müharibəsi başlayan ilk gündən onun dayandırıldığı günə kimi hamı savaş iştirakçısına çevrilmiş iqtidarın talanlarından xalqa qarşı sayı-hesabı bilinməyən cinayətlərdən heç kim bir kəlmə olsun belə danışmadı. Bir sözlə ölkədə tam həmrəylik, birlik defakto ortada idi. Bu yekdilliyin, birliyin və həmrəyliyin Azərbaycanda təsdiqini tapması həm daxildə, həm də xaricdə çoxlarının yuxularına haram qatmış, rahatlığını pozmuşdu. İqtidar xalq birliyi, dəmir yumruq çox problemin birbaşa həlli demək idi. Bu isə birinci növbədə legitim olmayan hakimiyyəti əhali arasında dayaqlarının olmaması səbəbindən “marenetka” kimi fırladanların maraqlarına cavab vermirdi. Bu birliyi elə yarandığı əsaslarla da ləğv etmək lazım gəldi. Ölkə rəhbərliyinə istədiyi an istənilən təsiri göstərə bilən (bunun üçün inkar olunmaz təsir mexanizminə Putin malikdir. Bu barədə bu gün danışmaq hesab edirəm ki, tezdir. zamanı deyil) Putin faktoru hərəkətə gəldi. İlham Əliyev hər şeyi dərhal unutdu. Təsdiq etdi ki, axıdılan qanlar əbəsdir, xalq-iqtidar birliyinə heç bir ehtiyac yoxdur, onun başlıca amalı düşməni silahlandıraraq Azərbaycan əhalisinin üzərinə beynəlxalq qanunlarla qadağan olunan bombalar, raketlər yağdırılmasına şərait yaradan ona xidmət edən Putinin tapşırığını icra etmək Beləliklə, erməni Lavrovun soxuşdurduğu heç bir normaya sığmayan bir lazımsız kağız imzalandı. İndi həmin kağızı “kapituliasiya aktı” adlandırırlar. İlham Əliyevin tam “kapitulliyasıya aktı” deməkdən artıq dili qabar bağlamışdır. Əgər bu kapituliyasiya aktıdırsa qoy elə adı da maliyyətinə uyğun yazılsın. Qarabağ Azərbaycandırsa onda bu gün işğalçı rus ordusunun orada nə işi vardır və Yerevana qaçmış terroristləri ruslar niyə Xankəndinə qaytarmışlar?Ermənistan  rəsmiləri  hazırda günlərini Qarabağda keçirir.İşğalçı  ruslarla  görüşür-öpüşürlər.Ərazidə  genişmiqyaslı  tikintilər aparılır.İ.Əliyev  birinci  vitsesi  qoltuğunda  yarı  yola qədər  gedir  və  qorxusundan  qayıdıb  Bakıya qaçır.Vallah  bu  səhnəyə  tamaşa etmək mənim üçün ən ağır faciədir.Bilirsiniz İ.Əliyevə veriləsi suallar o qədərdir ki, mən onda yazının sonlanmasını təmin edə bilməyəcəyəm. Ona görə də suallarla qurtarıram. oxucularımın diqqətini ona yönəltmək istəyirəm ki, mən mövzuda keçən dəfə dərc etdirdiyim yazının başlığını “Davam edir-88” qoymuşdur. Bu gün yenə həmin yanaşma həmin dəsti-xətdir. 1988-ci ildə ermənilərin Azərbaycana qaytarılmasına Ə.Vəzirov sevunr, xalqı bu münasibətlə təbrik edirdi. Onu təlxək adlandırmaqla təskinlik tapan İlham Əliyev bu gün Əbdürrəhmanı təkrar etməkdən qürur duyur. Vallah məətəl qalmışam bilmirəm ağlayım yaxud gülüm, yaxud da özümü Əbdürrəhman üçün o vaxtlar düzəldilmiş “dar ağacı”nı taparaq asım.

Xahiş edirəm kömək edən, yol göstərən, məsləhət verən tapılsın.

Heydər Əliyevin “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” deyimini indi telekanallarda  hər gün təkrar-təkrar eşidirik və çoxumuzun qulaqları bunu eşitməyə vərdiş etdiyi üçün mahiyyətinə varmırıq. Mən bu gün İ\Əliyevin diqqətini bu deyimin mahiyyətinə varmağın vaxtıının çatdığına yönəltmək istəyirəm. İstəyirəm artıq özü barəsində miflər yaradılması barəsində znaçoklu, znaçoksuz muzdurlarına göstəriş vermiş bu insan bir məsuliyyəti dərk etməyə təşəbbüs göstərsin ki, bu günkü Azərbaycan artıq dünənki deyil. 27 sentyabr 2020-ci il tarixinə kimi Əliyevin nağıllarına, yalanlarına inanan, ona dözən insanlar artıq yoxdurlar. Müharibə onları bir anın içərisində ayıtdı və İ.Əliyevin ətrafında onun mahiyyətinə varmadan birləşdilər. Bu birlik qələbəni təmin etdi. Sabah qələbəni təmin edənlər öz evlərinə dönərkən ölkənin yenə də talançıların, oğruların, quldurların, rüşvətxorların və korrupsionerlərin əlində girinc qaldığının şahidi olacaqlar. Elə bu anda İ.Əliyevin faciəli günləri başlayacaq. Onun bütün yalanları bir an içərisində faş olacaq. İ.Əliyev buna hazırlaşa bilməyəcəksə (onun nə özü nə də ki, komandası yeni reallıqları dərk edərək, adekvat addımlar atmaq qabiliyyətində deyillər) ağrılı günlər başlayacaqdır. Nağıl danışmadığımı, bir vətəndaş olaraq bu reallıqları gördüyümü və ciddi narahat olduğumu bir mesaj olaraq çatdırıram. Ölkədə olan eybəcərlikləri mən artıq altı ildən artıqdır qələmə alır və ictimailəşdirirəm. 20 ilin dövlət qulluqcusu olaraq cəmiyyətdə xərçəng xəstəliyi kimi yayılan, onu məhv edən korrupsiya və rüşvətə qarşı mübarizə aparıram. Bu yoldan döndərmək üçün rüşvətxorlar və korrupsionerlər mənimlə ağıla sığmayan  üsullarla gərgin  mübarizə aparmışlar hazırda aparmaqda davam edirlər. Bütün respublikaya bəllidir ki, Sumqayıtda DSMF-nın xətti ilə pensiyalar hər ayın 10-na kimi verilir. Bu gün ayın 16-dır mənim pensiyam hələ ki, yoxdur. Səbəbi barədə məlumat verilmir. Mən şəkidə yaşayan vətəndaşa (oğlu Hadruda və Füzuliyə zəfər bayrağını taxaraq, ali baş komandana məruzə etdi. Laçında şəhidlik zirvəsinə yüksəld 190 manat müavinətin qanunsuz verilmədiyi haqda Prezident başda olmaqla elə bir instansiya qalmayıb ona müraciət olunmasın. Ərizə yazılmasın. Sahil Babayev yenilməz, gücçatmaz, özbaşına, idarəolunmaz bir fiqur olub, vermirəm deyib-durub. Hətta bu qanunsuzluq barəsində çox yekə-yekə yalanlar üyütməkdə mahir olduğu dövlət başçısı tərəfindən nəzərə olınaraq sinəsinə deputat nişanı mıxlamış Vüqar Bayramova da ərizə yazıldı. Sonra bizə aşkar oldu ki, səhv etmişik. MM dövlət strukturunda ən dərin şərəfsiz qurumdur. Bəlaların çoxunun mənbəyi elə oradan başlayır. Yalanları ilə telekanalları zibilləyən Vüqar vüqarını əyərək şəhid atası və əsgər anasına, hər birinə iki sətir olmaqla bir cavab yazmağı belə özünə laiq görmədi. Nə olar bəy Vüqar sənə söz verirəm ki, bu harınlığına görə səndən də hesab  çəkən tapılacaq. Qudurğunlalığa çox tez çatdın. Qoy seçki protokollarını saxtalaşdıraraq səni adamlar içərisinə çıxardanlar nə qədər gec deyil öz səhvlərini düzəltsinlər. Yoxsa növbəti yazıda soyadını görmək bədbəxtliyi  nəsibləri olacaq

ən son beş il ərzində 100-dən artıq məhkəmə prosesində iddiaçı, iddiaçının nümayəndəsi qismində iştirak etmək məcburiyyətində qalmışam. Tam səmimi olaraq təsdiq edirəm ki bütün bu hallarda hakimlər rüşvət müqabilində yüzdə-yüz faiz qanunsuz qərarlar çıxarmış, haqqı tapdalayanın tərəfində olmuş dövlətin qanunlarına sayğısızlıq göstərmiilər. Öz təcrübəmdən çıxış edərək oxucuların qarşısında bütün müqəddəslərə and içərək deyirəm ki, ölkədə hakimiyyətin məhkəmə qanadı çoxdan məhv olmuşdur və bu digər qanadlarını ölüümcül zədələnməsi ilə nəticələnmişdir. Bütün bu işlərin təşkilatçısı İ.Əliyevin doğmaca xalası oğlu Fikrət Məmmədovdur. Yazılanları sübuta yetirən sənədlərin nüxsəsini bir kisəyə dolduraraq qəpik-quruş pensiyamı “Azərpoçt”a ödəyərək özündən müştəbeh İ.Əliyevə göndərmişəm. Üç aya yaxın bundan əvvəl “Azərpoçt” qiyməti bağlamanın İ.Əliyevin aparatına təqdim olunması haqqında xəbərnaməni gətirərək bizə çatdırdı. Beləliklə üç aydan çoxdur İ.Əliyevin binasının künc-bucağında 300 səhifəyə yaxın sənədlər toplusundan ibarət bağlama axtarılır.Tapdım  deyərək  məni  sevindirən  yoxdur.

2016-cı ilin yayında Ağdaşda yaşayan 2014-cü ildə Goranboyda tikilən Heydər Əliyev Mərkəzinin dam örtüyünün tikintisini icra etdirdiyi zaman tanış olduğum Məmmədov qardaşları üçün Ağdaş məhkəməsinin sədri Famil Nəsibov tərəfindən ciddi problem yaradıldığı barədə məlumat aldım. İşlə tanışlıq nəticəsində müəyyən etdim ki, Ağdaşda inşaat materiallarının satışı ilə məşqul olan Maarifin adından məhkəmədə Xalis Məmmədova qarşı 17800 (on yeddi min səkkiz yüz) manat məbləğində pulun əsas hissəsinin 10.000 (on min) manat məbləğində itirilmiş mənfəətin məcburi almaraq ona verilməsi barədə qətnamə qət edilməsi haqda iddia qaldırılmışdır. Burada söhbət 100 (yüz) kub met  rağac materialdan gedir və göstərilir ki, bu material ADY QSC-nin tikinti deportamenti üçün alınmışdır.

OXUCULARINA BÖYÜK SAYĞILARLA:                Tahir Babayev            05.01.2021        050-331-58-11

Bunu paylaş: