Vasili Nebenzyanın BMT-dəki çıxışından Ermənistan yox, Azərbaycan narahat olmalıdır

 

Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Vasili Nebenzya Azərbaycan və Ermənistanı maraqlandıran məsələ ilə jurnalistlərin qarşısına çıxmışdır. O, bölgədəki vəziyyəti təhlil edərək qeyd etmişdir ki, bəli, Türkiyə birmənalı şəkildə Azərbaycanı dəstəkləyir. Jurnalistin sualına isə:” Rusiya eyniliklə Ermənistanı dəstəkləyirmi? “Cavabında Vasili Nebenzya maraqlı cavab vermişdir:” Bəli, biz Ermənistanı dəstəkləyirik,lakin bu o demək deyil ki, biz Azərbaycana qarşı bunu edirik. Rusiyanın BMT-dəki nümayəndəsi bir daha əlavə edib ki, Rusiya, Ermənistan Azərbaycan arasındakı münaqişənin ədalətli yolla həllini, atəşkəsin qorunmasını, hərbi əməliyyatlarların dayandırılmasını dəstəklədiklərini qeyd etmişdir.

Rusiyanın BMT-dəki üzvünün çıxışından sonra Ermənistan tərəfi narahatçılıq keçirməyə başlamışdır. Siyasi aspektləri nəzərə alsaq, əsl narahatçılıq keçirməli olan tərəf Azərbaycan olmalıdır. Bu gün Rusiyanın BMT-dəki nümayəndəsinin çıxışına nəzər etsək, görərik ki, bütün cümlələrin sonu Ermənistan tərəfinin qane etdiyi nəticələridir.
Müharibə məcburən dayandırıldı, Rusiya “sülhməramlısı” Qarabağa ordu yeritdi, məhv olan erməni ordusu atəşkəsin hesabına zaman qazandı, Rusiya bu müharibəni başlamışdır, Rusiya da davam etdirməkdədir. Açığı, bu çıxışdan görünür ki, indiki nəticə tək Rusiyanı qane etməkdədir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın