Varlı ölkənin, diktator prezidenti…

 

İlham Əliyev martın 4-də keçirilmiş iqtisadi Əməkdaşlığın 14-cü zirvə toplantısında “qürur” verici kəlimələr işlədib. Covid-19 pandemiyası ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə kimi qələmə verib. Dünyanın 30-dan çox ölkəsinə yardım etdiyini bildirib. Könüllü sürətdə ÜST-na 10 mln dollar həcmində maliyyə yardımı etdiyini qeyd edib.(Alqışlar…)


Nəyə deyirsiz and içim, ölkə prezidenti xalqı sanki dolayıb. Millət zəlil durumda yaşayır, prezident öz aləmində səfa çəkir. Dövlət televiziyası vasitəsi ilə, dünyaya Azərbaycan vətəndaşlarını yağ və bal kimi yaşatdığını sırımaq istəyir. İlham Əliyev dünyaya yardım edirsə, bəs niyə Çin və Rusiyadan yardım istəyir? Pandemiya dövründə 190 manat verməməkdən ötrü min oyun quran hakimiyyət, milyon dollarları reklam edir.

Mən hələ “Covid” lə mübarizədə çalışan həkimlərin məvacib almamağından söz açmıram. Bunu bir kənara qoyaq, hələ xalqın cibinə girməkdən çəkinməyib, istehsal etdikləri maskaları (bir ədədin 0.50 qəpikdən yuxarı olmaqla), millətə məcburi aldırmalarını demirəm. İlham Əliyev, digər ölkələrə yardım etməkdənsə, ilk öncə öz ölkənin daxilinə nəzər salsaydın yaxşı olardı.

Kim bilir, pandemiya adı altında büdcədən nə qədər məbləğ “silirlər”. Onu qeyd edim ki, büdcəmiz ölkə sərvətlərinin hesabına dolur və bu da öz növbəsində xalqa mənsubdur. Öz malınız kimi istifadə etmək ixtiyarını kim verib sizlərə? Ölkədə aydın şəkildə diktatura rejimi tüğyan edir. Hakimiyyəti məmurlar kimə necə sərf edir, o cür də idarə edir. Axı bu sərvət xalqındır, bu vətən xalqındır, hər vəziyyətidə xalq istədiyi kimi dəyərləndirmək ixtiyarında olmalıdır. İlham Əliyevin sadəcə bir amacı var: ölkəni batırmaq və milləti rəzalətə sürükləmək..necə ki , indiki getdiyimiz yolun sonu uçurumdur.

Rəşad Şıxəliyev.

Bunu paylaş: