Valideynlər etdikləri səhvə görə uşaqlarından üzr istəyirlərmi?

 

Mən fikir vermişəm, övladlarını bədbəxt eləyən bütün valideynlərin hamısını ən pis bir xüsusiyyətləri birləşdirir – öz balalarından elədikləri səhvlərə görə heç vaxt üzr istəmirlər. Heç vaxt. Belə adamların beyinlərindəki “Uşaqsan, otur uşaq yerində!”, “Uşaqsan, uşaq poxunu ye!” düşüncə tərzi o qədər oturuşub ki, artıq mexanizm kimi işləyir. Özlərində təsəvvür belə etmək istəmirlər ki, yaşlarından və valideynliklərindən asılı olmayaraq övlada qarşı edilən haqsızlıq üçün valideyn-uşaq münasibətində atılan yanlış addımlar üçün üzr istəmək lazımdır və hətta mütləqdir. Bizim valideynlərimiz yaşda öz övladlarına elədikləri xətalara görə üzr istəməyi bacaran çox az adam var. Söhbət 50-60 və 60 yaşdan yuxarı nəsillərin nümayəndələrindən gedir. Bunu olsa-olsa, yeni nəsillər dəyişəcək.

Onlar bizim valideynlərimizdən fərqli olaraq, səhvlərinə görə üzr istəməyi bacaracaqlar. Mən çox ümidliyəm buna. Əziz valideynlər, biz uşaq böyüdürüksə, birinci özümüzü tərbiyə eləyib, düzəltməliyik. Sonra uşaqları. Kəliməsi kölgəsindən, düşüncəsi yaşından daha böyük uşaqlarımız, gənclərimiz var bizim. Onların ağzına cəftə vurursuz və düşüncəli gənclər oxunmadan rəfdə qalan gözəl kitabdan fərqlənmir. Gənclərimizə, övladlarımıza padderjka verək, padnoşka yox.

Ülvi Novruzov.

Bunu paylaş:

Bir cavab yazın