Vəziyyət gərginləşir, rus qoşunları Qarabağdan çıxır?

Bir neçə gün bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev öz çıxışında Nikol Paşinyana öz sülh təklifini göndərdiyini bildirmişdir. Görünür, Ermənistan tərəfi bu təkliflə razılaşmaq istəmir. Naxçıvan, Kəlbəcər istiqamətində atəşkəsin pozulması da buna bir sübutdur.

Dünən aldığımız məlumata əsasən, Ermənistan ordusu Qarabağın nəzarətində olan Rusiya sülhməramlılarının olduğu bölgələrdə yerləşdirilməkdədir. Digər tərəfdən isə Dağlıq Qarabağda yaşayan ermənilərin Ermənistana köçü başladığı xəbərlərini alırıq. Ola bilsin ki, Ermənistan Zəngəzuru Azərbaycana geri verməkdən imtina edir. Rəsmi Bakı isə belə olduğu halda Xocalı, Xocavənd Ağdərə və digər bölgələri geri tələb edir. Əgər bu fikrin üzərində dayansa, Rusiya Dağlıq Qarabağdan çıxa bilər.

Məsələ burasındadır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkillatı sədrinin Ermənistana səfəri də heç nəyi dəyişdirməyib. Buna cavab olaraq Türkiyənin Müdafiə naziri Hülusi Akarın Pakistana səfəri bir mesaj ola bilər.

Açığını desək, ermənilərin Rusiyaya inamı itməkdədir. Çünki Nikol Paşinyan müharibəni başlamaqla KTMT-nı yoxlamaq fikrindədir. Ona isə bu göstərişi Amerika və Fransada oturan erməni diasporu vermişdir. Paşinyan diasporun tələbi ilə Rusiyanı yoxlamaq fikrindədir. Çünki Ermənistan öz seçimini Qərbə doğru etmək fikrindədir.

Qarabağda müharibə başlasa, Rusiya Ermənistana kömək etməyəcəkdir. Rusiyanın son vaxtlar Azərbaycan və Türkiyə ilə yaxşı əlaqəsi və Asiyada baş verən Taliban qiyamı buna bir sübutdur. KTMT-nin indiki vəziyyətdə marağı Tacikistandır. Çünki Taliban hər an ora hücüm edə bilər. Qarabağda yeni savaş başlasa, İlham Əliyev istədiyinə çatmaq üçün şansı əldən verməyəcəkdir.

Mikayıl Əsədov.

 

Bunu paylaş:

Bir cavab yazın