Vəziyyət gərgindir…

 

 

Hörmətli oxucular, sizlərə bir müddət əvvəl Ukraynanın Rusiya ilə ara-sıra baş verən toqquşmalarından xəbər vermişdik. Aldığımız xəbərə əsasən, döyüşlər getdikcə şiddətlənməyə başlamışdır. Əsas döyüşlər Ukraynanın Donetsk şəhərində getməkdədir. Daha bir xəbərə əsasən, Zolotoe-4 və Nevelske istiqamətində 4 ukraynalı əsgər həlak olmuşdur.

Hələlik dünəndən başlayan toqquşmalarda Ukrayna tərəfdən 12 əsgər həlak olmuş və 20 nəfərdən çox əsgər yaralanmışdır. Rusiya tərəfi çoxlu sayda texnika və 100 minə yaxın hərbi kontingentini işğalda saxladığı Ukrayna ərazisinə göndərmişdir. Tam təmas xəttində döyüşlər başlamasa da, hələlik vəziyyətin ağır olduğu bildirilir.


Bu vəziyyətədə Rusiyanın Müdafiə naziri Sergey Şayqu rus ordusuna döyüş əmri vermişdir. Rusiyanın bəzi bölgələrində rus ordusu təcili hərbi təlimlər keçirməkdədir.
Ukrayna prezidenti Vladimr Zelenski Rusiya ilə bağlanmış bir sıra sülh müqavilələrindən çıxdığını qeyd etdi.

Zelenskinin sözlərinə görə, ölkəsinin NATO-ya daxil olmağının, ən yaxşı yolu Rusiya tərəfindən işğal edilən Ukrayna ərazilərinin geri qaytarılmasındadır. Rusiya tərəfi isə Ukraynaın NATO-ya qəbul edilməsini, bölgədə təhlükə adlandırmışdır.

Mikayıl Əsədov.

 

 

Bunu paylaş: