Vəziyyət dəyişir Fransa yerini Türkiyəyə verməkdədir

Rusiyanın Ukraynaya təcavüzü davam etməkdədir. Dünya liderləri sülhün bərqərar olması üçün günlərdir ki, baş sındırırlar.
Lakin hələlik konkret olaraq bir nəticə əldə edilməyib. Lakin ortada hər kəsin gözündən yayınan bir vəziyyət vardır.
Bu gün baş rollarda Türkiyə və Fransa var…
Sizlərə qeyd etmək istərdim ki, ortada illərdir Avropa siyasətini müəyyənləşdirən Fransa olmuşdur.

Bu gün Türkiyənin sürətlə liderliyə yüksəlməsi rəsmi Parisi qıcıqlandırmaya bilər. Makron Ukrayna Rusiya arasında körpü rolunu oynamaq istəsə də, Türkiyənin qarşısında tab gətirə bilmədi. Fransa günlərlə çalışdı ki, Rusiya və Ukrayna Xarici İşlər nazirlərinin görüşünü təşkil etsin, lakin cəhdləri yenə uğursuz alındı.

Ukrayna prezidenti Vladimir Zelenski müharibənin ilk günlərində Fransaya təriflər yağdırsa da, son bir həftədə onun da fikirlərində Makron unudulmuş kimi qalmaqdadır.
Əksinə olaraq, Ukrayna rəhbərliyi gündən – günə Türkiyəyə daha çox inanır və Rəcəb Tayyib Ərdoğana böyük ümidlər bəsləyir.

Heç kəs Türkiyənin bu qədər qüvvətli olduğuna inanmırdı.
Bildiyiniz kimi, Fransanın tələsi ilə, Yunanıstan və Türkiyə arasında son vaxtlar gərginlik baş verməkdə idi. Üstəlik də yunanlara dəstək olmaq üçün İsrail və Misir də bu estafetə qoşulmuşdu. Dünyadakı son vəziyyət isə bunun əksini göstərmiş oldu. Misirlə qarşılıqlı dostluq anlaşması, İsrail Prezidenti İsaak Herzoqun və Yunanıstan Baş Naziri Kiriakos Miçotakisin Türkiyəyə səfəri Makronun planının üstündən xətt çəkdi. Bölgədə vəziyyət 360 dərəcə dəyişməyə başladı. Makron Yunanıstanı önə verərək, Türkiyə ilə münaqişəyə yaratmaqla rəsmi Ankaranın beynəlxalq mövqeyin zəiflətmək istəyirdi. Fransanın bu siyasətində, erməni diasporunun izlərinin olması istisna edilmir.

Bu gün vəziyyət tam dəyişmək üzrədir. Türkiyə vahid geopolitik liderə çevrilir. Bu isə Fransaya tarixi bir zərbə olacaqdır. Üstəlik Rusiya, Amerika və Avropanın da bu fikirdə olduğunu görürük. Fransanın mövqeyinin zəifləməsinin Qarabağ müharibəsi zamanı da şahidi olduq. Bu günə qədər öz siyasətini Azərbaycan və Ermənistan arasında möhkəmləndirə bilməmişdir.

Bu gün rəsmi Parisin inamını dünyada itirməyinə bir nömrəli səbəb yürütdüyü siyasətdir. İllərdir qeyri-konstruktiv mövqe sərgiləyən Fransa Afrikada, Avropada və Qafqazda apardığı siyasətlə özünü zəiflətdi. Hətta beynəlxalq hüquq normalarını heçə sayırdı, necə ki, bunun Qarabağ müharibəsində şahidi olduq.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın