Vəliyevlərin də sonu yaxınlaşır

Bir neçə gün öncə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkddaşları Gəncə şəhərində əməliyyat keçirilib. Əməliyyat zamanı şəhərin tikinti və memarlıq müdiri vəzifəsində işləmiş Məharət Mustafayev ilə birgə bir sıra keçmiş məmurlar həbs ediliblər.
Bu şəxslər işlədikləri zaman vəzifələrindən sui istifadə edərək vətəndaşlardan külli miqdarda rüşvət almışlar. Xatırladaq ki, həbs olunanların bir neçəsi Gəncənin keçmiş İcra Başçısı Elmar Vəliyevin qohumlarıdır. Xəbər verək ki, bu rüşvət qalmaqalı Elmar Vəliyev Gəncə icra Başçısı çalışdığı vaxt olub. Yəqin növbəti hədəf Vəliyevlər ailəsidir.

İmza; Mikayıl Əsədov.

 

Bunu paylaş: