Vəliyevlər ailəsində mülk davası

 

Bir neçə gün bundan əvvəl, Gəncə şəhərinin sabiq İcra Başçısı Elmar Vəliyevin ailəsində biabırçılıq baş vermişdir.
Qonşuların sözlərinə görə, Elmar Vəliyev və onun oğlu Elmir Vəliyev arasında bir – birinə qarşı əxlaqsız söyüşlərlə insident olmuşdur.
Ata oğul arasında mülk davası, münasibətlərin korlanmasına gətirib çıxarmışdır.

Məsələ burasındadır ki, Elmar Vəliyev Yevlax şəhərində icra başçısı işlədiyi vaxtda, orada özünə “dəvə” biznesi yaratmışdır. Həmin yer isə, oğlunun yaxınlarının adına olmuşdur.
Elmar Vəliyev borcunu qaytarmaq üçün, həmin dəvə biznesini borclu olduğu insana verməyə razılaşıb. Lakin sənədləşdirmə işi gəlib çatdıqda, ortaya bir əmma çıxıb.
Həmin əmmanı isə, oğlu Elmir Vəliyev yaradıb.

Məlum olub ki, bir neçə ay bundan əvvəl sabiq icra başçısının oğlu həmin dəvə fermasını başqa birinə satıb.
Elə Vəliyevlər ailəsində də, konflikt bundan sonra başlayıb.
Verilən digər xəbərə görə, ata oğul bir birin təhqir etdikdən sonra, Elmar Elmiri evdən qovub.

Bir sözlə, görünür, Vəliyevlər ailəsində çatlar baş verməkdədir. İllərdir Azərbaycanın xalqına qan udduran ailənin sonunun yaxınlaşdığını deyə bilərik.

Xatırladaq ki, Elmar Vəliyev Gəncənin icra başçısı işlədiyi vaxtda, yerli əhaliyə qarşı buraxdığı səhvin nəticəsində cəzalandırılmışdır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın