Vəkilləri də cərimələyəcəklər..

 

Dünyanın heç bir yerində məhkəmələrin vəkili cərimələmək hüququ yoxdur, ancaq analoqu olmayan Azərbaycan hakimiyyətində mövcuddur bu qanun.Güc yolu ilə xalqı sakitləşdirən dövlət, indi də insan hüquqlarını müdafiə edənlərə hədə – qorxu gəlir.Budur demokratiya.. açıq aşkar xalqın, heç bir hüquqdan istifadə etmə şansı qalmır, insan haqları beləcə məhv olur diktator ölkədə.

 

Normal ölkələrdə,qanunun aliliyi üstün tutulur.Ancaq bizdə..yazılan qanunlar masa üzərində qaldığı kimi, dövlət işçilərinin qanunlara münasibəti də özlərinə sərf edən qədər qüvvədə qalır. Hansı haqla vəkillərə cərimə yazılması nəzərdə tutulur? Millətin haqq səsini kəsdikləri kimi, vəkillərin də azad söz demə haqqına niyə müdaxilə olunur? Aydın olur ki,məhkəmələr sifarişli şəkildə yerinə yetirilir, çıxarılan hökmlər hakimiyyət tərəfindən verilir.

Ümumiyyətlə, məhkəmələrin durumu ürək açan olmadığı kimi,işlərinə də biganə yanaşırlar. Azerfreedom ailəsi olaraq,çıxarılan qərarı doğru saymır və dəstəkləmirik.Biz azad Azərbaycan,demokratik ölkə,hüquqi dövlət istəyirik.Saxta məhkəmələr deyil…

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın