Vəfat edən meyxana ustası Vüqar Biləcərilinin dəfn mərasimində 25 nəfər saxlanılıb

Bu hakimiyyət Xalqla rəsmən dalğa keçir, milləti aşağılayır.
Bu ölkədə qanunlar yalnız kasıblar üçün nəzərdə tutulur?
Şəmkirin İcra başçısı karantin dövrü ziyafətlər təşkil edir , Hadi Rəcəbli ,Əli Əsədov , Ramiz Mehdiyev övladlarına, nəvələrinə toy nişan keçirir və əllərini qollarını sallayıb rahat dolaşırlar.

Bu gün vəfat edən meyxana ustası Vüqar Biləcərilinin dəfn mərasimindən 25 nəfər saxlanılaraq Polis bölməsinə aparılıb, maskada divar qarşısında bir sıra ilə düzdürülüb şəkillərini çəkib cərimə ediblər.
Ölkənin büdcəsini oğurlayıb , Xalqın cibinə girən cinayətkarlara , oğrulara karantin qaydalarına pozmağa icazə olar, xalqın şairinin dəfnində iştirak edəndə cərimə olunur.

Qanun varsa, hər kəs üçün bərabər olmalıdır .

Bu ölkəni və milləti artıq dözülməz hala çatdırıblar.

Bu hakimiyyət hər gün xalqın etirazını görməsə, yaşaya bilmir.Gündəlik olaraq insana stress yaşadırlar.Belə hakimiyyətin olmagındansa,olmamağı daha yaxşıdır.İstefa verin, iş bitsin!

İmza; Rəşad Şıxəliyev.

Bunu paylaş: