Vüqar Səfərliyə 10 il 6 ay, Əli Həsənоvun bacanağına şərti cəza?

 

Bildiyiniz kimi, Kütləvi İnformasiya Vasitələri İnkişafına Dəstək Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. O, sabiq Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənоvu günahlandırmışdır. Korrupsiya ittihamı ilə həbs edilən Vüqar Səfərlinin əmlakı, dövlət tərəfindən müsadirə edilmişdir. Qeyd edək ki, məhkəmə işində 12 milyon manata yaxın korrupsiya halı qeydə alınmışdır.

Hörmətli Azərbaycan xalqı, sizlərə, hakimiyyətin neçə üzünün olduğunu göstərmək istərdik.
Vüqar Səfərlinin adını çəkdiyi Prezident Administrasiyasının keçmiş şöbə rəhbəri Əi Həsənovun bacanağı Ədalət Vəliyevdən 36 milyon manat dəyərində əmlak müsadirə edilmişdir.
Lakin, Bakı Şəhəri Ağır Cinayətlər Məhkəməsi Ədalət Vəliyevə şərti cəza vermişdir. Təsəvvür edin, Vüqar Səfərlinin 2 milyonluq əmlakı müsadirə edilir 10 il 6 ay cəza alır, digər tərəfdən isə, Əli Həsənоvunun bacanağı Ədalət Vəliyevin 36 milyonluq əmlakı müsadirə edilir və şərti cəza alır.

Vüqar Səfərli məhkəmə zamanı dəfələrlə, “Əli Həsənоva bütün pulları ötürdüyünü” etiraf etsə də və onu məhkəməyə dəvət etsə də hər şey nəticəsiz qalmışdır.

Belə çıxır ki, Ramiz Mehdiyevin çəkisi hələ də hakimiyyət orqanlarında qalmaqdadır. Səbəb isə, Əli Həsənоvu sağ əli kimi bilən Ramiz Mehdiyev onu müdafiə etməli olmuşdur. Bir sözlə, Vüqar Səfərlini bu cinayətdə “qurban” olaraq göstərdilər. Bilirik ki, bu günə kimi Əli Həsənоvun və yaxınlarının həbs edilməməsində Ramiz Mehdiyevin rolu böyükdür.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın