VÜSƏT BİR QƏHRƏMANDIR..!

…Şamaxı rayonunun Bağırlı-Dağ kəndində Vasif müəllimin ailəsində doğulub boya-başa çatmış sıravi əsgər Bilalaov Vüsət Vasif oğlu ağlı kəsməyə başladığı illərdən erməni vandallarına kişi kimi cavab verəcəyi günü intizarla gözləyirdi. Mübariz İbrahimovun erməni faşistlərinə divan tutduğu günlərdə Vüsət Tərtərdə olan N saylı hərbi hissədə çörəkpaylayan idi. Mübarizin qisasını almaq fikri də hakim kəsildi ruhuna.Dərhal komandanlığa müraciət etdi ki ,onu bu işindən azad etsinlər, ön cərgəyə -düşmənlə 80- 100 metr ara məsafəsi olan Qızıloba istiqamətinə göndərsinlər. Vüsət aylarla öz planını həyata keçirmək üçün məqam gözlədi.Ürəyini İsmayıllıdan olan ləzgi balasına – Əhməd Zülfüqarova açdı.Dostu onun bu fikrini bəyəndi və Vüsətdən onsuz getməməyi xahiş etdi.Vüsət onun fikrinə üzdə razı olsa da, əslində bu əməliyyata tək- tənha gedəcəyini qət etmişdi.Günlər, həftələr bir-birini əvəz etdikcə hər gün mütəmadi olaraq davam edən qarşı səngərdəki ermənilərin söyüşündən, lovğalığından,onların tez-tez atəş açmalarından təngə gəlmişdi. Az qala hər gün verdiyimiz ŞƏHİDLƏRİN ruhu onu rahat buraxmırdı…
2011 – ci il fevralın 17- nə açılan səhər. Saat 8- i keçmişdi. Döyüş növbəsini qurtarıb silahı təhvil vermə anında diğər əsgərləri qabağa buraxdı, öz silahını təhvil vermədən gecəni keçirdiyi döyüş postuna qayıtdı .Postu yenicə təhvil verdiyi Sabirabadlı balası Maarifə (Hüseynov) yaxınlaşdı:”Maarif, mən gedirəm, onlardan qisasımı almağa!Bu gün onlarla haqq-hesab günüdür. Ağlım kəsəndən bu günə can atmışam.Narahat olma! Gedişimi Əhməd bilməsin. Qayıtmasam … Ürəkli olun, hə…qayıtmaya da bilərəm…”,-dedi. Sözləri elə bil sapa düzmüşdü. Əsgər mat qalmışdı. Xidmətə təzəcə başalamış Maarif sakitcə ona baxırdı — nə baş verdiyinə inana bilmirdi. Axı,Vüsət,sağ-salamat qayıtmaya da bilər. Göz qırpmadan, bəlkə nəfəs belə dərmədən nəzərlərilə düşmənə doğru şahin kimi şığıyan Vüsəti səngərə girənə kimi izlədi Maarif. Budur, Vüsət artıq qaça-qaça neytral zonanı keçib düşmən səngərinə atıldı. Səngər boyu gözətçi məntəqəsi kimi istifadə olunan birinci, ikinci, üçüncü məntəqələri yoxladı. Məntəqələrin üçü boş idi. Vüsət dördüncü postda oturub söhbət eləyən quldurları görcək sevindi.Əsl qisas zamanı idi. Tərəddüd etmədən avtomatını işə saldı .Onların əl açmasına imkan vermədən altısını da gəbərtdi.Düşmənin bizim səngərə tez-tez atəş açdığı əl pulemyotunu qənimət kimi götürüb onların səngərini tərk etdi .Getdiyi istaqamətlə də geriyə doğru qaçmağa başladı . Artıq hava tam işıqlaşmışdı . Duyuq düşən düşmənlər onu güllə yağışına tutdular.Bizimkilər dərhal atəşlə cavab vermyə başlayanda Əhməd Vüsəti axtardı.Yox idi Vüsət. Maarifdən qışqıra-qışqıra:
— Hanı Vüsət? -soruşduğu anda Maarif bizim səngərə doğru qaçaraq gələni göstərdi:
— Atmayın, Vüsətdir!- dedi. Onun bu iki kəlməsi Vüsəti öz dostlarının gülləsindən xilas etdi.Amma səngərimizə çatmağa 8-10 metr qalmış düşmən gülləsi Vüsəti haqladı.Güllə onun sağ tərəfdən kürəyindən girib sinəsindən çıxmışdı. Qara ciyər demək olar ki, dağılmışdı. Vüsət bu vəziyyətdə səngərimizə əl çatan yerə qədər sürünüb gələ bildi. Onu çəkib səngərə salan əsgər yoldaşları xərəkdə Vüsəti 500 metrdən artıq məsafədəki vala kimi dayanmadan daşıdılar. Huşunu itirmə anında ağzından qan axa-axa əlini göyə qaldırıb gülə -gülə: ,,Vətən sağ olsun!,, deyib Vüsət. (Əhmədin dediklərindən)
Sonra Sarıcalar, Bakı, … Hospitallar,dəyişdikcə bu cəsur əsgərin vəziyyəti qismən də olsa qaydasına düşürdü.


Döyüş dostları kəşfiyyatın xəbərini ona xəstəxanada,huşu özünə gələndə çatdırdılar. Bildirdilər ki, səndən dərhal sonra ermənilər səngərə yaxın vala 6 hərbi təcili yardım maşını gətirdilər.Deməli, o alçaqların altısı da məhv edilmişdi. Ermənistan MN-nin xəbər saytı da 4 nəfərin öldüyünü,2 nəfərin ölümcül yaralandığını, 2 gündən sonra hərbi xəstəxanada öldüyünü yazırdı.Vüsət bu xəbəri soyuqqanlıqla qarşıladı.”İnşallah,-dedi,-tezliklə onların hamısını torpaqlarımızdan rədd edərik.” Gözlərini yumub xəyalən təzədən 17 fevralın səhərinə qayıtdı…

MN-nin rəhbərliyi sağalandan sonra onu əsgəri qanunu pozmaqda günahlandırıb həbs etmək istəsə də, haqq – ədalətdən az-çox xəbəri olan bəzi məmurların köməyi ilə nəinki həbsdən xilas oldu, hətta onu keçmiş sovetlər dönəmində türnikdə yaxşı dartınanlara verilən ,,Xidmətdə fərqlənməyə görə,, medalı ilə təltif elədilər.
.Atası Vasif müəllimin dediklərindən: -Prezident aparatının məsul generalı onu qəbuluna çağırmışdı. Çox minnətdən sonra onu razı salıb getdik generalın qəbuluna. İnsafən general onun igidliyini və davranışını yüksək qiymətləndirdi. Xeyli söhbətdən sonra general soruşdu ki,qəhrəman, sənin nədən ehtiyacın var, topaq sahəsimi, mənzilmi, maşınmı verək sənə? Vüsət cəld ayağa qalxdı : “Mən düşmən səngərinə bunların heç biri üçün atılmamışdım, Xocalının, Ağdabanın, Meşəlinin, Mübarizin, Fəridin,on minlərlə ŞƏHİDİMİN qisasını almaq üçün getmişdim”,- dedi və otağı tərk etdi. General onun arxasınca baxıb heyranlığını gizlədə bilmədi:” Sənin haqqın heç nə ilə ödənilməz”,-dedi.
…Vüsətə səhhəti imkan vermədi ki, sonuncu Zəfər gətirən müharibədə iştirak etsin. Onun bu arzusunu özündən kiçik qardaşı Vüsal həyata keçirdi. 44 günlük müharibənin son günlərinə qədər vürüşdu. 4 medalla, amma qazi kimi qayıtdı cəbhədən. Bu günə qədər müalicə olunur. Allah şəfa verə..

Bəli ,bu qürurlu qardaşlar Vətənimizin fəxr edə biləcəyi ərənlərdəndir.Vətənin ləyaqətini valideynlərinin ləyaqəti qədər uca tutan qardaşların, qazi qardaşların ən böyük arzusu erməni tapdağında qalan bütün torpaqlarımızı azad görmək, sərhədlərimizin toxunulmazlığını bərpa etməkdir.

Soldan sağa birinci və ikinci şəkillərdə qəhrəmanımız Vüsət , üçüncü şəkildə Bilalovlar ailəsinin ikinci qazi oğlu Vüsal Bilalov. Allah qorusun.

Azər Quliyev

Bunu paylaş:

Bir cavab yazın