Unutma! Kimdir düşmənin.

Unuduldu.
Artıq Tovuz döyüşlərindən 1 aydan çox zaman keçib, amma həyat öz axarıyla davam edir. Şəhidlər verdik, Generalımız şəhid edildi . Elə bil bunlar olmayıbmış kimi yaşamağa davam edirik. Azərbaycan uğrunda şəhid edilən hər bir vətəndaşımızın ölümündə 100 faiz Rusiyanın əli var. Bu xalqı bu vəziyyətə salan hakimiyyət bir az da irəli gedərək , bu azmış rus hərbiçilərini Bakıda sevinclə qarşılayır. Bu qarşılama nədən xəbər verir?
Yəqin İlham Əliyev hakimiyyəti Rusiyanın əli ilə xalqı təzyiq altında saxlamağı düşünür: bizdə rus məktəbləri açılır, rus meyillilik daha da artır.
Ey ulu xalq, belə getməz, heç olmasa tarixindən nəticə çıxar,özünü tanı, kim olduğunu, düşmənin kim olduğunu anla və heç zaman olanları UNUTMA!

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: