Ukraynadan diplomat axını

 

Hər kəs Ukrayna – Rusiya münasibətlərinin pik həddə olduğunu bilir. Putin qıcıq yaratmaq üçün Belarus ərazisində hərbi təlimlərə başlayıbdır. Rəsmi Kiyev dərhal sonra Moskvadan 48 saat müddətinə izahat tələb edir.
Təbii ki, Rusiyanın aqressiv siyasət yürütdüyü üçün heç bir cavabı olmayacağı aydındır.

Qərb kəşfiyyatının yaydığı məlumata görə, Putinin ordusu ilə birgə fevralın 16-da Ukraynaya hücum edəcəyi gözlənilir. Bu səbəbdən bir çox ölkələr, əsasən də NATO ölkələri Ukraynadan diplomatlarının və ailələrinin çıxarılmasına göstəriş vermişdir.

Bölgədəki gərginliklə bağlı Amerika, Böyük Britaniya, Fransa, Almaniya liderləri təcili toplantı keçirmişlər. Amerika dövlət başçısı Co Bayden bu görüşdən sonra belə bir açıqlama vermişdir. “Əgər Rusiya bizim əsgərlərə atəş açarsa, bu zaman üçüncü dünya müharibəsi başlayacaqdır”.

Görünür, bu çıxış sanki Putinə son xəbərdarlıqdır. Səbəbi isə, tərəflər arasında heç bir yumşalmanın olmamasıdır. Digər bəyanatla Avropa üzvləri də çıxış edərək qeyd etmişlər ki, Rusiyanın bu aqressiyası bir başa Avropaya təhdiddir və bizim ölkələr təhlükə altındadır.

Qərb ölkələrinin diplomatlarının Ukraynanı tərk etməsi onu göstərir ki, müharibə lokal vəziyyətdə olmayacaqdır.
Yaxın saatlarda Amerika və Rusiya Xarici İşlər Nazirlərinin görüşü də gözlənilir. Bunu vəziyyətlə bağlı son görüş kimi də dəyərləndirənlər var.. Hər halda, müharibə başlayarsa, dünyada yeni geopolitik düzən başlayacaqdır.

Əlavə olaraq qeyd edək ki, gərginliyə görə Putin-Bayden, Putin – Makron arasında telefon danışığıda baş tutmuşdur.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın