Ukraynada əsir alınan, öldürülən vətəndaşlarmızla hakimiyyət maraqlanmır…

Artıq bir neçə gündür ki, Hüseyn Abdullayev adlı azərbaycanlı tələbə Ukraynadan tələbə girovluqda saxlanılmaqdadır. Tələbəmizi girov götürmüş şəxslərin Rusiya işğalçıları olduqlarını və əvəzində Ukrayna tərəfdən əsir saxlanılmış bir hərbçi ilə dəyişmək istədiklərini bildirmişlər. Əsir alınmış vətəndaşımızın valideynlərinin sözlərinə görə, artıq bir həftədir ki, oğlundan heç bir xəbər ala bilmirlər. Azərbaycan hakimiyyəti məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməmişdir.

İlk öncə, bu işdə Ukraynada olan diplomatlar məsələyə aydınlıq gətirməlidirlər. Lakin Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova müharibənin ilk günlərindən qaçaraq Bakıya gəlmişdir.
Azərbaycan hakimiyyətinin vətəndaşlarımıza laqeyd yanaşması bu çür neqativ hallara gətirib çıxarır. Demək olar ki, Ukraynada minlərlə çarəsiz vəziyyətidə qalan vətəndaşımız vardır. Onlar döyüşlərin qızğın getdiyi yerdə köməksiz vəziyyətdə qalmaqla həyatlarını təhlükəyə atmışlar. Çox təəssüf ki, səfir adını daşıyan Elmira Axundova vətəndaşlarımıza köməklik göstərmədən Ukraynadan qaçdı. Onun üzündən çoxlu sayda azərbaycanlı həyatını itirdi, mühasirəyə düşdü və bəzilərindən, ümumiyyətlə, yaxınları heç bir xəbər ala bilmir.

Elmira Axundovanın kimliyi…

Elmira Axudovanın məsuliyyətsizliyindən azərbaycanlı tələbə bu gün əsirlikdədir. Yaxşı olardı ki, İlham Əliyev milli qana sahib insanlara diplomatiyamızı həvalə edərdi. Rusiyada doğulan, özünü azərbaycanlı kimi aparmaq istəyən Elmira Axudovanın niyyəti sonda özünü büruzə vermiş oldu.
Xatırladaq ki, Azərbaycan Respublikasının səfiri Ukraynanı ilk tərk edənlərdəndir. Digər ölkə səfirləri hələ də Ukraynada qalaraq əhalisinin evakuasiyası barəsində əlaqələr yaratmaqdadırlar.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın