Ukrayna və Rusiya müharibəsindən ziyan görən ölkələrdən biri də Azərbaycan olacaq

Hörmətli Azərbaycan xalqı, bu gün Rusiya və Ukrayna arasındakı müharibənin təsiri bizlərdən də yan keçməyəcəkdir. Deyə bilərik ki, ən ağır zərbələrdən birini Azərbaycan alacaqdır.

Səbəbi çox sadədir — ümumi baxsaq, bu gün İlham Əliyev hakimiyyətinin yürütdüyü siyasət nəticəsində Rusiyada 3 milyona yaxın soydaşımız, evlərinə bir tikə çörək pulu göndərmək üçün hər bir ağır işlərdə çalışır.
Təbii ki, Putinin işğalçılıq siyasətinə görə tətbiq edilən sanksiyalar həmvətənlərimizə də birbaşa təsir edəcəkdir.
Digər tərəfdən, Azərbaycan iqtisadiyyatının 50 faizinin şimal qonşularımızdan asılı olduğunu sizlərə çatdırmaq istərdik.
Dəqiq desək, ölkəmiz qarşılıqlı olaraq Rusiya ilə iqtisadiyyatı saxələndirməkdədir.

Ən azından sanksiyaların tətbiq edilməsinin Azərbaycana da zərbə vuracağı açıq – aydın görünür.
Daha bir zərbə dövlət büdcəsinə ola bilər. Bu gün İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dövlət büdcəsi lazımsız valyutalarla doldurulmuşdur. Rus rublu, çin yueni, türk lirəsi Azərbaycan büdcəsində müəyyən faizə sahibdir.
Aldığımız xəbərə görə rus valyutası büdcəmizin 10 – 25 faizinə qədərini tutmaqdadır.
Rublun ucuzlaşması da büdcəmizə bir başa təsir edir.
Deyə bilərik ki, Azərbaycan bir-neçə gündə dövlət büdcəsinə 5-10 milyard dollar ziyan etmişdir.

Beləliklə, İlham Əliyevin siyasəti büdcə ehtiyatlarını artırmaqdan deyil, azaltmaqdan keçdiyinin görürük. Hakimiyyət düşünməli idi ki, rus valyutası heç vaxt stabilliyini qoruyub saxlaya bilməmişdir. Bu səbəbdən ümumiyyətlə, vaxtında rubldan imtina edilməli idi ki, bu gün ağır duruma düşməyək.
Digər tərəfdən isə, hər gün daxili iqtisadiyyatın inkişafından danışan İlham Əliyevin əsil yalanı indi üzə çıxacaqdır. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan iqtisadiyyatının çox hissəsi Rusiyadan asılı olduğundan, yaxın vaxtlarda bizi də ağır sınaqlar gözləməkdədir. Üstəlik də əsas zərbə qara xalqa dəyəcəkdir. Bu sanksiyalar vətəndaşlarımızı gündəlik çörək- lərindən məhrum etmək deməkdir.

Təəssüflər olsun ki, bu gün İlham Əliyevin bu problemi aradan qaldırması üçün heç bir sığortalı politikası yoxdur. Yəni bütün təhlükəyə özümüz cavabdeh olmalıyıq.

Çox qısa zamanda Azərbaycan iqtisadiyyatında böyük problemlər baş verəcəkdir. Ölkəmizə isə, Rusiyadan kütləvi köçlər başlaya bilər. Sonda İlham Əliyev və hakimiyyəti vaxtında heç bir tədbir görmədiyi üçün, ölkəmizin daxilində iqtisadi, sosial, ekonomik problemlər artacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın