Ukrayna və Rusiya arasında gərginlik

Ukraynada vəziyyət gərginləşməyə doğru gedir. Bəzi mənbələrdən gələn məlumata görə hətta Ukrayna ordusu Rusiyanın işğal etdiyi bəzi kəndləri və strateji nöqtələri azad etmişdir. Döyüşlərin əsas istiqaməti Ukraynanın Donetsk şəhəri istiqamətinde getdiyi bildirilir. Bir neçə gün bundan öncə işğalçı Rusiya yardım adı altında bəzi işğal etdiyi şəhərlərə silah göndərmişdir. Ehtimal olunur ki, bu döyüşlər zamanı Ukrayna ordusu Türkiyədən aldığı „Bayraktar” PUA-dan istifadə etmişdir. Ukraynanın MN -nin yaydığı məlumata görə Rusiya tərəfdən Ukraynanın bəzi tərəfləri ağır artilleriya atəşinə tutulur. Artıq bir çox müharibələr, rus silahlarının „Bayraktar”lar qarşısında aciz olduğunu göstərdi. Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Ukraynaya bir neçə ədəd PUA şatmışdır.

Mikayıl Əsədov.

Bunu paylaş: