Ukrayna – Rusiya görüşü: Putin iki əsas məsələyə razılıq verəcəkmi?

Bildiyiniz kimi Ukrayna – Rusiya danışıqlarının növbəti mərhələsi Türkiyədə baş tutmuşdur. 3 saatdan çox keçən görüşdə bu dəfə də tam razılıq əldə edilməmişdir. Bəli, müəyyən qarşılıqlı anlaşma olsa da, əsas məsələ Rusiyanın işğalçılıq siyasətinə son qoymasıdır.

Görüşlə bağlı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu mediaya açıqlama vermişdir. O, ümidlərin böyük olduğunu qeyd edərək iki ölkə arasında tez bir zamanda sülhün baş tutacağına əmin olduğunu bildirmişdir. Çavuşoğlu Rusiya və Ukrayna prezidentlərinin görüşünü də istisna etməmişdir.

Hər iki tərəfin tələblərinə baxsaq görərik ki, razılıq əldə etmək bir o qədər də asan olmayacaqdır.
Ukrayna Rusiya ordusunun çıxmasını tələb etməklə bağlı, nüvə silahına sahib olmağı da özünə hədəfləmişdir. Çətin ki, bu şərtlərə Rusiya razılıq versin…

İkinçi əsas tələb, Ukrayna xalqının referendum şəklində nüvə silahına sahib olmağıdır. Bu, Rusiyaya qarşı NATO-da böyük təhlükə sayıla bilər.

Digər məsələlər isə, Ukrayna və Rusiya prezidentlərinin görüşü zamanı həll edilə bilər. Krım məsələsinin 15 il ərzində həll edilməsi, qaçqınların təhlükəsiz şəkildə ger qaytarılması və s.
Hələlik hər hansı nəticə söyləmək çox çətindir, ən azından Rusiyanın xarakteri bu sözləri deməyə məcbur edir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın