Ukrayna ordusu irəliləməyə doğru gedir

Hörmətli oxucular, Rusiyanın Ukraynaya işğalçılıq siyasəti davam etməkdədir. Hələlik Ukraynada əsas döyüşlər küçə döyüşləri ilə əvəz olunmaqdadır. Demək olar ki, Rusiya bir neçə böyük şəhəri mühasirəyə almış, lakin digər tərəfdən də dirənişlər üzündən daha aktiv hərəkətliyini itirmişdir.

Aldığımız xəbərlərdə Ukrayna ordusu aktiv əks-hucumlar həyata keçirməkdədir. Bunun nəticəsi olaraq, bəzi qəsəbələr, kəndlər, inzibati ərazilər ard- arda azad edilməkdədir.
Sanki Ukrayna ordusuna yeni nəfəs gəlmiş kimidir.
Bəs necə oldu ki, Ukrayna ordusu birdən – birə uğurlar qazanmağa başladı?.

Hər şey NATO-nun son Brüssel toplantısından sonra baş verdi. Prezident Vladimir Zelenskinin dırnaq arası Alyansdan narazı olduğuna baxmayaraq, Qərb Ukrayna ordusunu daha çox silahlandırmağa başladı. Bu sürətli silahlandırma Putini bir az düşündürməyə vadar etdi. Əgər belə gedərsə, Rusiya Ukraynada biabırçı məğlubiyyətə uğrayaraq parçalanacaqdır.

Bəzi ekspertlər hesab edir ki, Zelenskinin NATO ölkərini tənqid etməsi onu göstərir ki, Alyans verdiyi vədinə əməl etmir. Deyə bilərik ki, əslində Ukrayna prezidentinin etirazları bir siyasi oyundur. Dünya da başa düşür ki, Qərbin köməyi olmadan Ukrayna Rusiyaya qarşı mübarizə apara bilməz.

Son bir neçə gündür ki, NATO ölkəri Kiyevə müasir gizli silahlar tədarük etməkdədir. Bunun nəticəsi olaraq Putinin ordusu, hər gün milyardlarla dollar dəyərində hərbi texnikalar itirməkdədir. Bir sözlə, Ukrayna ordusunun əks- hücumları, əsasən NATO-nun verdiyi yeni silahlar üzərində qurulur. Bu səbəbdən də, sürətli əks hücumlar Rusiya ordusunun irəli gəlməsinə mane törədir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın